PRESS REVIEW — PRA.AZ

Xəbərlər

262 xəbər tapıldı

Türkiyə İsraillə bütün enerji müqavilələrini dayandırır
Dünya

Türkiyə İsraillə bütün enerji müqavilələrini dayandırır

FED.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bundan başqa, Türkiyənin energetika naziri Alparslan Bayraktarın Təl-Əvivə səfəri ləğv olunub. Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İsrailə səfərinin ləğv edildiyini açıqlamışdı.

ABŞ-də silahlı insident - 22 nəfər öldü
Dünya

ABŞ-də silahlı insident - 22 nəfər öldü

ABŞ-də Men ştatının Lyuiston şəhərində yerləşən əyləncə mərkəzlərinin birində silahlı insident olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilib ki, hadisə zamanı 22 nəfər ölüb, onlarla insan isə yaralanıb. Polis insanları küçəyə çıxmamağa çağırıb.

Türkiyənin müdafiə büdcəsi 40 milyard dollar olacaq
Dünya

Türkiyənin müdafiə büdcəsi 40 milyard dollar olacaq

Türkiyə 2024-cü ildə müdafiəyə 40 milyard dollar ayıracaq. Sözügedən məbləğbu ilin büdcəsi ilə müqayisədə 150 ​​faiz artım deməkdir. 2023 Türkiyə müdafiə və təhlükəsizliyə təxminən 16 milyard dollar ayırıb.

Qəzzada ölənlərin sayı 4 minə çatır
Dünya

Qəzzada ölənlərin sayı 4 minə çatır

Qəzzada ölənlərin sayı 3785 nəfərə çatıb. “Qafqazinfo” xəbər verir ki, bu haqda Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına əsasən, 12500 nəfər isə yaralanıb.

“Uzunmüddətli müharibəyə hazırıq” - İsrail XİN
Dünya

“Uzunmüddətli müharibəyə hazırıq” - İsrail XİN

“İsrail iqtisadi və siyasi baxımdan uzunmüddətli müharibəyə hazırdır”. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Ben-Dor bildirib.

İsrail ötən gecə Qəzza zolağında HƏMAS-ın 500-dən çox hədəfini vurub
Dünya

İsrail ötən gecə Qəzza zolağında HƏMAS-ın 500-dən çox hədəfini vurub

Qeyd olunub ki, hədəflər döyüş təyyarələri, helikopterlər və artilleriyalarla vurulub. Məlumata görə, həmçinin HƏMAS rəhbərliyinin yerləşdiyi binalara da zərbələr endirilib. Bildirilib ki, İsrail ordusu Qəzza zolağına zərbələr endirməyə və terror təşkilatlarının imkanlarını zəiflətməyə davam edəcək.

BVF: COVID pandemiyası başlayandan bəri dünya iqtisadiyyatı $3.7 trln. itirib
Dünya

BVF: COVID pandemiyası başlayandan bəri dünya iqtisadiyyatı $3.7 trln. itirib

2020-ci ildən 2023-cü ilə qədər qlobal iqtisadi itkilər rekord 3.7 trilyon dollar təşkil edib və pandemiyadan əvvəlki istehsal səviyyəsinə qayıtmağı bacaran yeganə dövlət ABŞ olub. Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva Kot-d’İvuarda çıxışı zamanı deyib.

ABŞ Fars körfəzi ilə bağlı İrana xəbərdarlıq edib
Dünya

ABŞ Fars körfəzi ilə bağlı İrana xəbərdarlıq edib

“Əgər İranla gərginlik artarsa ​​və regionda gəmiçiliklə bağlı rəsmi Tehran tərəfindən təhdidlər aşkar olunarsa, Amerika Birləşmiş Ştatları Fars körfəzi ərazisinə növbəti dəfə əlavə qüvvələr və aktivlər göndərməyə hazırdır”. “Report”un məlumatına görə, bunu ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi Komandanlığının komandanı, general-leytenant Aleksus Qrinkeviç bəyan edib.