
ABŞ-ın İrana qarşı sanksiyaları müddətsiz ola bilər
ABŞ Konqresinin Nümayəndələr Palatası prezidentə qeyri-müəyyən müddətə İran iqtisadiyyatına qarşı sərt sanksiyalar tətbiq etməyə imkan verən qanun layihəsini təsdiqləyib. “Report” xəbər verir ki, qanun layihəsinin lehinə 407 qanunverici, əleyhinə isə 16-sı səs verib. 2023-cü ilin may ayında təklif edilən qanunvericilik 2026-cı ildə başa çatacaq 1996-cı il İran Sanksiya Aktını daimi edəcək.










