
Azərbaycan İslamiadada 56 ölkə arasında 5-ci pilləyə yüksəlib
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 6-cı yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 13-ə yüksəlib.
74 xəbər tapıldı

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 6-cı yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 13-ə yüksəlib.

"Qafqazinfo" xəbər verir ki, idmançılarımız komandamızın aktivinə daha bir medal yazdırıblar. Belə ki, atletikanın üçtəkanla tullanma proqramında Azərbaycan idmançısı Aleksis Kopello gümüş medal qazanıb.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyi başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın son günü də Azərbaycan millisi üçün uğurlu alınıb.

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə adlayan “Qarabağ” tarix yazmağa davam edir. “Qafqazinfo” xəbər verir ki, növbəti dəfə Çempionlar Liqasının qrup mərhələsini hədəfləyən Qurban Qurbanovun komandası addım-addım məqsədinə doğru irəliləyir.

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə adlayıb. “Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası bununla da UEFA Konfrans Liqasının qrup mərhələsində oynamağı təmin edib.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə adlayan “Qarabağ”ı qarşıda daha bir ağır sınaq gözləyir. “Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası bu dəfə son illərdə uğurları ilə göz oxşayan Macarıstanın “Ferençvaroş” klubu ilə üz-üzə gələcək.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 44-cü Ümumdünya Şahmat Olimpiadasında millinin heyətində iştirakdan imtina edib.

2023-cü ildə Moskvada keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Avropa çempionatı Bakıda baş tutacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Gimnastika İttifaqının (EGU) mətbuat xidməti məlumat yayıb.

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” birinci təsnifat mərhələsində cavab matçına çıxıb. “Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi ilk görüşdə Polşada 0:1 hesabı ilə uduzduğu “Lex”i qəbul edib.

Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Buxarestə yollanan 10 idmançıdan 9-u fəxri kürsüyə qalxıb. 6 qızıl, 1 gümüş və 2 bürünc medalla qitə birinciliyində aşkar dominantlıq edən yığmamız 210 xal toplayaraq komanda hesabında Avropa çempionu olub.

2026-cı il ABŞ, Kanada və Meksikada təşkil olunacaq futbol üzrə dünya çempionatının keçiriləcəyi şəhərlər müəyyənləşib. APA xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası (FİFA) “Twitter“ səhifəsində 2026-cı ildə dünya çempionatının keçiriləcəyi şəhərlərin siyahısını dərc edib.