
Ölən şəxsin kreditlərini kim ödəməlidir?
Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda vəfat etmiş şəxslərin kredit borclarının övladları tərəfindən ödənilməsi ilə bağlı narazılıq və müzakirələr geniş yayılıb. Mövzu xüsusilə bir vətəndaşın dünyasını dəyişmiş atasının kredit borcunu hissə-hissə ödəmək barədə etdiyi təklifdən sonra daha çox diqqət çəkib.










