
Bakcell rouminqi ilə yay tətilində - Dünyanı kəşf et
Yay mövsümündə xaricə səyahət edənlərin sayının artdığı bir dövrdə Bakcell abunəçilərinə dünyanın müxtəlif ölkələrində rahat və fasiləsiz ünsiyyət imkanı yaradan rouminq xidmətlərini təqdim edir.
378 xəbər tapıldı

Yay mövsümündə xaricə səyahət edənlərin sayının artdığı bir dövrdə Bakcell abunəçilərinə dünyanın müxtəlif ölkələrində rahat və fasiləsiz ünsiyyət imkanı yaradan rouminq xidmətlərini təqdim edir.

Mərkəzi Bank kredit sığortalanması ilə bağlı yeni mexanizm hazırlayır. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Sosial Xidmətlər Agentliyi Astarada 74 mənzil alır. Banker.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi Astara rayonunda 37 ədəd ikiotaqlı və 37 ədəd birotaqlı (ümumilikdə 74 mənzil) mənzilin satın alınması üzrə açıq müsabiqə başlatmışdır.

Bu gündən başlayaraq Bosniya və Herseqovina və Sinqapurun ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2027-ci ilin avqustun 1-dək Azərbaycan ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib. Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb. Bu barədəElm və Təhsil Nazirliyindən məlumat verilib.

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan yeganə tələbə məlum olub. Oxu.Az xəbər verir ki, bu, Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə olub. 4-cü qrup üzrə maksimal nəticənin sahibi olan S.Tağızadə ilk imtahanda 691.3 bal toplamışdı.

Maraqlıdır, Azərbaycanda 100 manat büdcə ilə hansı rayonlarda iki günlük istirahət etmək mümkündür? Bu yay büdcə dostu olan istiqamətlər hansılardır və onları sərfəli edən əsas amillər nələrdir?

Dünyada rəqəmsallaşma və süni intellektin sürətli inkişafı əmək bazarını və ali təhsil sistemini dəyişir. Bir sıra ənənəvi ixtisaslar aktuallığını itirir, onların yerini isə yeni texnologiyalarla bağlı peşələr tutur. Beynəlxalq Təhsil və Ali Təhsil Mərkəzləri Birliyinin İdarə Heyətinin sədri Bəxtiyar Nəcəfovun dediklərinə görə, hazırda dünyanın müxtəlif ölkələrində ixtisas xəritəsi yenilənir.

Bəzi minik avtomobillərini “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edənlər cərimələnə bilər. Söhbət çəkisi 3.5 tondan yuxarı olan minik avtomobillərindən gedir.

estival ölkənin müxtəlif regionlarından 2000-dən çox gənci bir araya gətirərək onların yeni bilik və təcrübələr qazanması, qarşılıqlı əlaqələrinin genişlənməsi və asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar yaradıb. Gün ərzində iştirakçılar üçün idman və komanda yarışları, VR təcrübələri, masaüstü oyunlar, yaradıcılıq fəaliyyətləri və konsert proqramı təşkil olunub.

Azərbaycan Respublikasının “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelinin formalaşdırılması nəzərdə tutulur.

Mağazada məhsulun vitrində göstərilən qiyməti ilə kassadakı qiyməti fərqlənərsə, hansı qiymət tətbiq olunmalıdır? Banker.az xəbər verir ki, suala Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi aydınlıq gətirib.