
Bakı-Gəncə sərnişin qatarına onlayn bilet satışı müvəqqəti dayandırılacaq
2022-ci ilin noyabrın 11 saat 19:00-dan noyabrın 14 saat 00:00-dək Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn bilet satışı texniki səbəblərdən dayandırılacaq. "Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC yayıb.










