
Yeni Tarif Cədvəli ilə əmək haqları nə qədər artırıldı?
Xəbər verdiyimiz kimi, minimum aylıq əməkhaqqının 345 manata çatdırılması ilə bağlı olaraq Nazirlər Kabineti yeni Vahid Tarif Cədvəlini (VTC) təsdiq edib. “Qafqazinfo”nun məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov qərarı şərh edib. O bildirib ki, cədvələ əsasən, maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir.










