
Yeni tədris ilindən Azərbaycan məktəblərində vahid məktəbli formasına keçiləcək
Yeni tədris ilindən bütün ölkə üzrə məktəblərdə yeni məktəbli formalarının tətbiqinə başlanılacaq. “Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.










