
Apreldən məktəblərdə yeni formalar tətbiq olunacaq? - Açıqlama
Bakının bəzi məktəblərində rəhbərlik tərəfindən şagirdlərə aprel ayının 15-dən etibarən dərsə məktəb tərəfindən müəyyən olunmuş geyim formasında gəlmələri ilə bağlı göstəriş verilib. Bu barədə “Qafqazinfo”ya valideynlər müraciət ediblər. Onlar bildirirlər ki, tədris ilinin sonunadək şagirdlərə yeni geyim formaları ilə yanaşı əvvəlki məktəbli formalarından istifadəyə icazə verilirdi.










