PRESS REVIEW — PRA.AZ

Xəbərlər

378 xəbər tapıldı

Bakıda söküntü işləri: Hansı hallarda pul və ya mənzil verilir? – Şərtlər açıqlandı
Cəmiyyət

Bakıda söküntü işləri: Hansı hallarda pul və ya mənzil verilir? – Şərtlər açıqlandı

Paytaxtda aparılan yenidənqurma və söküntü işləri çərçivəsində köhnə yaşayış binaları mərhələli şəkildə sökülür, onların yerində isə yeni tikililər inşa olunur. Bu proses zamanı kompensasiya məbləğlərinin müəyyənləşdirilməsi ilə bağlı tikinti şirkətləri ilə sakinlər arasında fikir ayrılıqları yaranır. Razılaşma əldə olunmadıqda isə məsələlər məhkəməyə qədər gedib çıxırlar.

Pensiya artımı nə zaman veriləcək?
Cəmiyyət

Pensiya artımı nə zaman veriləcək?

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması hər il yanvar ayına da şamil olunur. Artıq yanvar ayı üçün pensiyalar tam ödənilib. Bu ay artımların verilməməsi nə ilə bağlıdır və artımlar nə zaman ödəniləcək?

Sənədsiz evlərlə bağlı açıqlama
Cəmiyyət

Sənədsiz evlərlə bağlı açıqlama

Azərbaycanda sənədsiz evlərin sayı 500 mindən çoxdur və bu istiqamətdə aparılan müzakirələrin uğurla nəticələnəcəyi gözlənilir. Bu proses maliyyə-bank sektoru, xüsusilə də sığorta sahəsi üçün ciddi imkanlar yarada bilər. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimində çıxışı zamanı deyib.

Azərbaycanda bu evlərə çıxarış almaq mümkün olacaq
Cəmiyyət

Azərbaycanda bu evlərə çıxarış almaq mümkün olacaq

Bələdiyyə sənədi ilə alınan torpaq sahələrindəki tikililərə çıxarış almaq mümkün olacaq. Əmlak məsələləri üzrə ekspertlər hesab edirlər ki, Bakıda və Abşeron yarmadasında təqribi 300-500 min sənədsiz ev var ki, bunlar da əsasən bələdiyyə və qeyri yaşayış sahəsi üçün nəzərdə tutulan torpaq sahələrində vaxtı ilə tikilən evlərdir.

Bu şəxslərə işdən çıxarılarkən birdəfəlik müavinət veriləcək
Cəmiyyət

Bu şəxslərə işdən çıxarılarkən birdəfəlik müavinət veriləcək

Nazirlər Kabinetinin qərarı ilə hərbi qulluqçular və ədliyyə orqanlarında çalışan şəxslərin işdən çıxarılarkən alacaqları birdəfəlik müavinətlərin yeni hesablanma mexanizmi müəyyənləşib. Yeni qaydalar əsasən müavinətin neçə aylıq olacağını və hansı maaşlar əsasında hesablanacağını dəqiqləşdirir.

Bayramda işlədiklərinə görə kimlərə əlavə maaş ödənilir?
Cəmiyyət

Bayramda işlədiklərinə görə kimlərə əlavə maaş ödənilir?

Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı qeyri-iş günləri yaxınlaşır. Bu günlər çərşənbə, cümə axşamı və cümə günlərinə təsadüf etdiyindən ölkədə 5 gün ardıcıl qeyri-iş günü olacaq. Lakin müəyyən sahələr var ki, orada çalışan əməkdaşlar ənənəvi olaraq bayram günlərini də iş başında keçirirlər.

200 manat kimlərə veriləcək, kimlər kənarda qalacaq?
Cəmiyyət

200 manat kimlərə veriləcək, kimlər kənarda qalacaq?

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə imzaladığı sərəncam cəmiyyətdə böyük maraq doğurub. Sərəncama əsasən, aztəminatlı ailələrə 200 manat birdəfəlik maddi yardım veriləcək. Lakin ən çox verilən sual da elə budur - 200 manat konkret olaraq kimlərə çatacaq?