
Azərbaycanın idxalında Çin Rusiyanı üstələdi
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın idxal əməliyyatları apardığı ölkələr siyahısında Çin Rusiyanı üstələməklə birinci yerdə dayanıb.
362 xəbər tapıldı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın idxal əməliyyatları apardığı ölkələr siyahısında Çin Rusiyanı üstələməklə birinci yerdə dayanıb.

Vətəndaşların banklarda olan depozit gəlirlərinə vergi güzəştlərinin tətbiqinə başlanacaq. Trend xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə vətəndaşların əmanətlərindən əldə edilən gəlirlərinə güzəştlər nəzərdə tutulur. Vergidən azad olma iki istiqamətdə həyata keçiriləcək.

Türkiyə lirəsi ABŞ dolları qarşısında dəyər itirməyə davam edir. Hazırda 1 türk lirəsinin qiyməti 6 qəpikdən də aşağı düşüb.

Mərkəzi Bank Faiz dəhlizinin parametrləri haqqında press-reliz yayıb. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilmişdir.

Azərbaycanda son illər lisenziyası ləğv edilən bankların ard-arda bağlanması əhalinin bank sektoruna etimadını azaldıb. Mütəxəssislər isə bankların bağlanmasını müxtəlif səbəblərlə izah edirlər. “106 milyon manatın taleyi sual altındadır” FED.az bankların lisenziyalarının ləğvedilmə səbəbi ilə bağlı millət vəkili Vahid Əhmədovun müsahibəsini təqdim edir:

2023-ci il oktyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına banklar tərəfindən kredit qoyuluşları 22 281.9 mln. manat təşkil edib.

“2023-cü ildə daha bir bank bağlandı. “Muğan Bank”da qorunan əmanətlərin qaytarılmasına yaxın zamanlarda başlanılması gözlənilir. Bununla yanaşı, hər bir bankda sahibkarların da böyük həcmdə vəsaitləri də olur”.

2027-ci ildə Azərbaycan əhalisinin gəlirlərinin 106 milyard manata çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"də bildirilir. Sənədə əsasən, bu dövrdə əhalinin xərclərinin isə 102,6 milyard manata yüksəlməsi gözlənilir.

Azərbaycan 2023-cüilin ilk üç rübü ərzində xaricə 20 milyard 420.6 milyon kub-metr həcmində təbii qaz ixrac edib. Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadla xəbər verir. Xaricə ixrac edilən təbii qazın həcmi illik müqayisədə 23 faiz artımdır.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son 15 ildə tərəfdaşları ilə birgə Türkiyə iqtisadiyyatına 18 milyard ABŞ dolları həcmində investisiya qoyub. “Report” xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki törəməsi olan “SOCAR Turkey” şirkətinin baş icraçı direktoru vəzifəsini icra edən Elçin İbadov Türkiyə mətbuatına müsahibəsində deyib.

Bu ilin əvvəlindən indiyə qədər Azərbaycandan Türkiyəyə 7,4 milyard kubmetr təbii qaz nəql edilib. "Report"un Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunda bildirib. Onun sözlərinə görə, bu ilin sonuna qədər bu rəqəmin 10,2 milyard kubmetr olması nəzərdə tutulur.

Azərbaycanın 2024-cü il dövlət büdcəsinin ilkin konturları açıqlanıb. Maliyyə Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, hökumət neftin bir barelinin orta illik ixrac qiymətini 2024-2027-ci illər üçün 60 ABŞ dollarından hesablamaqla növbəti 4 illik müddət üçün ölkədə mümkün iqtisadi artımı proqnozlaşdırıb.