
Azərbaycanda orta aylıq əməkhaqqı bu məbləğə qədər artacaq
Beynəlxalq iqtisadi statistika portalı olan "Trading Economics" Azərbaycanda orta aylıq əməkhaqqı ilə bağlı proqnozunu açıqlayıb.
362 xəbər tapıldı

Beynəlxalq iqtisadi statistika portalı olan "Trading Economics" Azərbaycanda orta aylıq əməkhaqqı ilə bağlı proqnozunu açıqlayıb.

Ümumi orta aylıq əməkhaqqına görə ölkələrin dünya reytinqində Azərbaycan 2024-cü ilin əvvəlinə 196 ölkə arasında 99-cu yeri tutub.

Türkiyə Respublika Mərkəzi Bankı 2023-cü ilin hesabatını açıqlayıb. “Report” xəbər verir ki, bu barədə yeni qanunvericilik və digər rəsmi elanları dərc edən Türkiyə Respublikasının Rəsmi Qəzetində diqqətə çatdırılıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 %, qeyri-qida məhsulları üzrə 101,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,5 % təşkil edib.

Neft qiymətləri Çindən gələn makro-iqtisadi məlumatların gözləntiləri üstələməsi və Ukraynanın Rusiya neftayırma zavodlarına hücumlarının geosiyasi riskləri artırması nəticəsində bir ayda ən böyük həftəlik irəliləyişdən ardından yenidən bahalaşıb.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2024-2025-ci illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib. OPEC-in proqnozuna əsasən, ölkədə 2025-ci ildə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 10 min barel artacağı və təqribən 700 min barel səviyyəsində olacağı ehtimal olunur (proqnoz dəyişməyib).

Mərkəzi Bank 2024-cü ilin yanvar ayı üzrə "Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi"ni açıqlayıb.

Dünyanın bir çox ölkələrində dövlət borcunun səviyyəsi son 50 ildə ən yüksək həddə çatıb. Bunu Beynəlxalq Valyuta Fondunun Tədqiqat Departamentinin direktor müavini Antonio Stilimberqo Dünya Bankının konfransında deyib.

Azərbaycan Mərkəzi Bankı fevralın 13-də keçirilən valyuta hərracında əvvəlki hərraclarla müqayisədə tələbin kəskin artaraq 150 milyon manatı ötməsinin səbəbini açıqlayıb.

Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi proqnozları üstələyərək 4,4 milyard dollara çatıb. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

2024-cü il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1741,8 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) “Qafqazinfo”ya verilən məlumata görə, onlardan 899,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Ödəniş köçürmələri ilə bağlı problemlərin həlli çərçivəsində Türkiyə-Rusiya bankının yaradılması məsələsi iki ölkənin müvafiq qurumları tərəfindən müzakirə edilir. Bu barədə “APA-Economics” xarici mətbuata istinadən xəbər verir. Bildirilib ki, Türkiyədə bir sıra özəl banklar Rusiya şirkətlərinin hesablarını bağlayıblar. Bu, ABŞ-ın sanksiyaları ilə bağlıdır.