
Azərbaycanda inflyasiya 13% təşkil edib
2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 113 faiz təşkil edib.
362 xəbər tapıldı

2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 113 faiz təşkil edib.

Son on ildə Azərbaycanın qeyri-neft sektoruna cəlb edilən birbaşa xarici investisiyaların həcmi 10 milyard ABŞ dollarından çox olub. 2022-ci il və növbəti illərdə birbaşa xarici investisiyaların həcmi artmaqda davam edəcək.

Hazırda Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət və özəl qurumları ilə müzakirəsini həyata keçirir. "APA-Economics" xəbər verir ki, təklif edilən dəyişikliyə görə, “ƏDV geri al” üzrə qaytarılan məbləğ ödəniş nağdsız qaydada olduqda hazırkı 15%-dən 20%-ə qaldırılır, ödəniş nağd qaydada olduqda hazırkı 10%-dən 5%-ə endirilir.

Azərbaycan İnvestisiya Şirkəti və İsrailin aparıcı qlobal kapital kraudfandinq platforması olan "OurCrowd" şirkəti arasında investisiya müqaviləsi imzalanıb. "APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Tvitter" hesabında paylaşım edib.

Gələn il Azərbaycanda illik inflyasiyanın tədricən birrəqəmli həddə enəcəyi proqnozlaşdırılır. "APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazimov bu gün keçirdiyi mətbuat konfrasında deyib.

Bu ilin ikinci yarısında ən yüksək minimum aylıq net əməkhaqqı Lüksemburqdadır – 2 313 avro. İkinci yerdə olan Belçikada minimum əməkhaqqı 1 842 avro təşkil edir. 1 775 avro ilə İrlandiya üçüncü yerdədir.

Real sektorun, biznesin, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı üçün ən önəmli məsələlərdən biri maliyyə resursları ilə təmin edilməsidir. “APA-Economics” bunu nəzərə alaraq, Azərbaycanda bankların biznes kreditləri ilə bağlı təklif və şərtlərini araşdırıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu təşəbbüslə İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Misir xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Nasr ilə görüşdə çıxış edib.

"Azərbaycanda "kölgə iqtisadiyyatı"na qarşı mübarizə 2018-ci ilin əvvəllərindən diqqət mərkəzində olmağa başlayıb. Hazırda 3 il yarım keçib və bu da prosesi qiymətləndirmək üçün yaxşı müddətdir".

S&P ekspertlərinin fikrincə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müntəzəm müdaxilələri ilə manatın ABŞ dolları qarşısnda məzənnəsi bir dollar üçün 1,7 manat səviyyəsində sabit qalacaq:

FED.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təqdim etdiyi 2022-ci ilin iyun ayı üzrə dünya bazarında ərzaq məhsullarının qiymət dinamikasına istinadən xəbər verir ki, ərzaqlıq buğda (+30%), günəbaxan yağı (+45.3%), xam şəkər (+6.8%), çay (+18.8%), qarabaşaq (+42.9%) və kərə yağının (+29.2%) qiymətləri artıb. Düyü (-4.7%) və qarğıdalının (-12.7%) qiymətində isə azalma müşahidə

Azərbaycanda bu ilin iyun ayında qiymətlərin ən çox yüksəldiyi iqtisadi rayonlar məlum olub. İyunda Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma ən çox Naxçıvan Muxtar Respublikasında, qeyri-ərzaq məhsulları üzrə isə Lənkəran-Astarada qeydə alınıb.