PRESS REVIEW — PRA.AZ

Xəbərlər

362 xəbər tapıldı

"Brent" neftinin qiyməti 11 aydan sonra ilk dəfə 79 dollardan aşağı düşüb
Iqtisadiyyat

"Brent" neftinin qiyməti 11 aydan sonra ilk dəfə 79 dollardan aşağı düşüb

"Brent" markalı neftin qiyməti yanvarın 4-dən indiyədək ilk dəfə 79 ABŞ dollarından aşağı düşüb. "Report" xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları təsdiq edir. Belə ki, neftin qiyməti 4,55% düşərk bir barel üçün 78,92 ABŞ dolları olub. WTI neftinin 2023-cü il yanvar fyuçersləri də 4,45% azalıb, bir barelə görə 73,51 ABŞ dolları təşkil edib.

Türkiyədə inflyasiya 1,5 ildən sonra ilk dəfə yavaşlayıb
Iqtisadiyyat

Türkiyədə inflyasiya 1,5 ildən sonra ilk dəfə yavaşlayıb

Türkiyə Statistika Qurumu (TÜİK) 2022-ci ilin noyabr ayı üzrə istehlakçı qiymətləri indeksini (inflyasiya göstəricisi) açıqlayıb. Marja xəbər verir ki, Noyabrda ölkədə illik inflyasiya 84,39 faiz təşkil edib (qiymətlər 2021-ci ilin noyabr ayı ilə müqauisədə 84,39% artıb).

Dünya bazarında neft qiymətləri necə dəyişib?
Iqtisadiyyat

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, WTI markalı neftin yanvar fyuçersləri 0,74% bahalaşaraq, bir bareli 80,57 ABŞ dolları olub. “Brent” markalı neftin fevral fyuçersləri 0,71% ucuzlaşaraq, bir barelin satış qiyməti 86,18 ABŞ dolları təşkil edib.

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
Iqtisadiyyat

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. "APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,61 ABŞ dolları və ya 3,06% artaraq, 87,82 dollar təşkil edib.

Avro Bölgəsində inflyasiya aşağı düşdü
Iqtisadiyyat

Avro Bölgəsində inflyasiya aşağı düşdü

Eurostat-ın məlumatına görə, Avro Bölgəsində noyabrda illik inflyasiya oktyabrdakı 10,6 faizdən 10 faizə düşüb. Bu, 2020-ci ildən bəri ilk yavaşlamadır. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta proqnozu 10,4 faiz təşkil edirdi.