PRESS REVIEW — PRA.AZ

Xəbərlər

362 xəbər tapıldı

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb
Iqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,5 faizə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,75 faizə, faiz dəhlizinin yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 faizə qaldırılıb. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizi parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycana hansı ölkələr investisiya qoyub?
Iqtisadiyyat

Azərbaycana hansı ölkələr investisiya qoyub?

Azərbaycan iqtisadiyyatına ötən il 3,6 milyard ABŞ dolları xarici investisiya qoyulub. Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1995-2022-ci ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatına ən çox birbaşa xarici investisiya Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığı tərəfindən qoyulub

20 ildə Neft Fondundan dövlət büdcəsinə - 131 MİLYARD MANAT KÖÇÜRÜLÜB
Iqtisadiyyat

20 ildə Neft Fondundan dövlət büdcəsinə - 131 MİLYARD MANAT KÖÇÜRÜLÜB

2003-cü ildən 2022-ci il dekabrın 31-dək Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin ümumi həcmi 131 milyard 413,3 milyon manat təşkil edib. “2022-ci ildə ARDNF-dən 7 milyard 923 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib”, - deyə məlumatda bildirilir.

Azərbaycanda dollar bolluğu: niyə?
Iqtisadiyyat

Azərbaycanda dollar bolluğu: niyə?

Valyuta çıxışına nəzarət güclənib; Rusiyadan göndərişlər artıb, bir də... Ötən ilin ikinci rübündən etibarən Azərbaycan Mərkəzi Bankının keçirdiyi hərraclarda xarici valyutaya olan tələbin kəskin azalması müşahidə olunmaqdadır. Yanvar ayının ötən müddəti ərzində bankların dollar alışı minimum səviyyəyə düşüb.

Azərbaycanda dollara tələb azalıb
Iqtisadiyyat

Azərbaycanda dollara tələb azalıb

“Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tərəfindən valyuta sifarişi verilməyib, yəni valyuta satışı olmayıb. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmisi 1.5 milyon dollar olub”. Bu hərracla bağlı fikir bildirən iqtisadçı Samir Əliyev bunun ilk belə hal olduğunu bildirib.

Azərbaycanda əhalinin banklara - 20 milyard manat kredit borcu var
Iqtisadiyyat

Azərbaycanda əhalinin banklara - 20 milyard manat kredit borcu var

Hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı mənzərə o qədər də pis deyil. 2022-ci ildə 20 milyard manat kredit borcları var. Vaxtı keçmiş kreditlərin həcmi isə təxminən 600 milyona yaxındır ki, bu da 3 faiz həcmindədir.

Azərbaycanda orta aylıq əmək haqqı 830 manata çatıb
Iqtisadiyyat

Azərbaycanda orta aylıq əmək haqqı 830 manata çatıb

2022-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 min nəfər və ya 1,6 faiz artaraq 1732,5 min nəfər olub, onlardan 903,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 829,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.