PRESS REVIEW — PRA.AZ

Xəbərlər

362 xəbər tapıldı

Azərbaycanın xarici ticarətində hər 1000 dolların 200 dolları Rusiyaya gedir
Iqtisadiyyat

Azərbaycanın xarici ticarətində hər 1000 dolların 200 dolları Rusiyaya gedir

2023-cü ilin ilk 4 ayında Azərbaycanın Rusiyadan malların idxalının dəyəri 1 milyard 37 milyon 744 min dollar təşkil edib. Bu, 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 343 milyon 165 min dollar və ya 49,4% çoxdur. 2022-cü ilin ilk 4 ayında Azərbaycanın Rusiyadan malların idxalının dəyəri 694 milyon 579 min dollar təşkil etmişdi.

Azərbaycanın neft-qaz sektoruna sərmayələr 29%-dən çox artıb
Iqtisadiyyat

Azərbaycanın neft-qaz sektoruna sərmayələr 29%-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın neft-qaz sektoruna 1 708,4 mln. manat həcmində vəsait yönəldirilib ki, bu da illik müqayisədə 29% çoxdur. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 321,1 mln. manat səviyyəsində olub.

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
Iqtisadiyyat

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycanda real ÜDM-in artımını yenidən 2,5% proqnozlaşdırıb. "APA-Economics" xəbər verir ki, bu barədə AYİB-in yaydığı hesabatda bildirilib. Bank həmçinin 2024-cü il üzrə müəyyən etdiyi 2,7%-lik iqtisadi artım proqnozunu dəyişməyib. Başqa sözlə, AYİB bu ilin fevral proqnozuna hər hansı dəyişiklik etməyib.

2023-cü ilin yanvar-aprel ayları üzrə neft-qaz göstəriciləri - AÇIQLANDI
Iqtisadiyyat

2023-cü ilin yanvar-aprel ayları üzrə neft-qaz göstəriciləri - AÇIQLANDI

Energetika Nazirliyinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, 4 ayda Azərbaycanda 16,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 8,8 milyard kubmetri “Şahdəniz”dən 3 milyard kubmetri SOCAR üzrə hasil olunub.

Büdcədə neftin yeni qiyməti neçə olacaq?
Iqtisadiyyat

Büdcədə neftin yeni qiyməti neçə olacaq?

Azərbaycan hökuməti 2023-cü il dövlət büdcəsinə dəyişikliklər layihəsi üzərində işləri bitirmək üzrədir. Maliyyə naziri Samir Şərifovun verdiyi məlumata görə, dəyişikliklər layihəsi qanunvericiliyə uyğun olaraq mayın 15-dən sonra Milli Məclisə təqdim olunacaq.

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 21% artıb
Iqtisadiyyat

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 21% artıb

2023-cü ilin yanvar-aprel aylarında əsas kapitala 4580 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21.1 faiz çox vəsait yönəldilib. Banker.az bu barədə DSK-ya istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 25.8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18.5 faiz artıb.