PRESS REVIEW — PRA.AZ

Xəbərlər

362 xəbər tapıldı

İnflyasiya faizi 13,5-dir, yoxsa daha çox? Bizi nələr gözləyir?
Iqtisadiyyat

İnflyasiya faizi 13,5-dir, yoxsa daha çox? Bizi nələr gözləyir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında belə bir fikir səsləndirilib ki, inflyasiya rəqəmləri statistikada olduğundan daha yüksəkdir. Süni qiymət artımına toxunularaq vurğulanıb ki, inflyasiyanın 13,9 faiz olduğunu deyirik, amma statistikaya baxırıq ki, təkcə dərman vasitələrində bu rəqəm 40 faizdir.

Bankların dollara tələbi rekord aşağı səviyyəyə düşdü
Iqtisadiyyat

Bankların dollara tələbi rekord aşağı səviyyəyə düşdü

08 İyun 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 1,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Qeyd edək ki, hərracda bugünkü tələb 2023-cü ilin ötə dövründə qeydə alınan ən aşağı sifarişdir.

"Bəzi banklar problemlidir, onlar bağlanmalıdır"
Iqtisadiyyat

"Bəzi banklar problemlidir, onlar bağlanmalıdır"

"Azərbaycanda fəliyyət göstərən banklarda hansısa problemlər vaxtında aradan qaldırılmayıbsa və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır" Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Lirə kəskin ucuzlaşdı
Iqtisadiyyat

Lirə kəskin ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Lirə dollar qarşısında rekord həddə ucuzlaşıb. Belə ki, dünya birjalarında 1 dollar 21,15 tl səviyyəsində müəyyən olunub.

Mərkəzi Bankın sədri: Daha çox narahat olduğumuz məsələ inflyasiyadır
Iqtisadiyyat

Mərkəzi Bankın sədri: Daha çox narahat olduğumuz məsələ inflyasiyadır

Mərkəzi Bankın proqnozlarına görə, 2023-cü ilin sonuna ÜDM-də artım 1,8%-2% civarında olacaq. “APA-Economics” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır
Iqtisadiyyat

Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır. Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin 1 barelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları).

Azərbaycanda dərman bahalaşmasının qarşısı bu yolla alınacaq - QİYMƏTLƏR TƏNZİMLƏNƏCƏK
Iqtisadiyyat

Azərbaycanda dərman bahalaşmasının qarşısı bu yolla alınacaq - QİYMƏTLƏR TƏNZİMLƏNƏCƏK

Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti ilə əməkdaşlıq müqaviləsinə əsasən vacib əczaçılıq məhsullarının yerli istehsal hesabına idxalının əvəzlənməsinə və istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsinə töhfə məqsədilə Azərbaycanda əczaçılıq məhsulları zavodunun tikilməsi planlaşdırılır.

Ötənilki büdcənin detalları açıqlandı: rəqəmlər nə deyir?
Iqtisadiyyat

Ötənilki büdcənin detalları açıqlandı: rəqəmlər nə deyir?

Vergi və gömrükdən büdcəyə köçürmələrin artmasında inflyasiya ciddi rol oynayıb 2022-ci ildə  Azərbaycanın dövlət büdcəsinə daxil olan və oradan xərclənən vəsaitlərin gəlir və xərc maddələri üzrə həcmi açıqlanıb. Milli Məclisə daxil olan sənəddən aydın olur ki, ötən il büdcənin gəlirləri 30 milyard 679,6 milyon manat, xərclər 32 milyard 64,5 milyon manat təşkil edib.

Nağdsız ödənişlərin - "NAĞD" PROBLEMİ
Iqtisadiyyat

Nağdsız ödənişlərin - "NAĞD" PROBLEMİ

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsi iki ildən çoxdur ki, istehlakçılara geri qaytarılır. İki milyondan çox vətəndaş "ƏDV geri al" sistemindən istifadə edir.