
Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur. Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.










