
BMT: Türkiyə və Suriyada ölənlərin sayı 50 min nəfərə çatacaq
BMT baş katibinin humanitar məsələər üzrə müavini Martin Qriffits bildirib ki, Türkiyə və Suriyada zəlzələdən ölənlərin sayı indiki göstərici ilə müqayisədə 2 dəfə arta bilər.
1939 xəbər tapıldı

BMT baş katibinin humanitar məsələər üzrə müavini Martin Qriffits bildirib ki, Türkiyə və Suriyada zəlzələdən ölənlərin sayı indiki göstərici ilə müqayisədə 2 dəfə arta bilər.

Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiyməti 2015-ci ildən başlayaraq Tarif Şurası tərəfindən tənzimlənsə də bu, ötən müddətdə qiymətlərin yüksək olması ilə bağlı şikayətlərin azalmasına səbəb olmayıb. Əksinə, son dövrlər narazılıqlar bir az da artıb. Hərçənd ki, qiymətlərin tənzimlənməsi əksər dərman vasitələrinin bir neçə dəfə ucuzlaşmasına səbəb olmuşdu.

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində dağılan binalarla bağlı araşdırma çərçivəsində 31 nəfər barəsində saxlanılma qərarı verilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. Məlumata görə, hazırda sözügedən şəxslərin saxlanılmasına dair işlər aparılır. Saxlanılan şəxslərin sayının artacağı istisna edilmir.

Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrdən xəbər almaq mümkün deyil.

2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar ayına nisbətən 13,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,7 faiz artıb.

Türkiyənin cənub-şərqində və Suriyanın şimalında baş verən zəlzələnin iqtisadi ziyanı 4 milyard dolları keçə bilər. "APA-Economics" xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings”dən bildirilib.

Bildirilib ki, bu günədək 4 nəfər Azərbaycan vətəndaşının - 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının vəfatı barədə məlumat mövcuddur. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 6-9-da baş vermiş dəhşətli zəlzələdən sonra qardaş Türkiyəyə göndərilən humanitar yardım barədə statistik rəqəmləri açıqlayıb. "Report" xəbər verir ki, bu barədə XİN tviterdə paylaşım edib. Belə ki, zəlzələ baş verən gündən Türkiyəyə 745 nəfərlik tibbi və xilasedici heyət yola düşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov baş verə biləcək zəlzələlər zamanı Azərbaycandakı tikililərin dözümlülük səviyyəsi, meydana çıxa biləcək problemlərlə bağlı APA-nın suallarını cavablandırıb.

Azərbaycan xalqının Kahramanmaraşda zəlzələ nəticəsində zərər çəkmiş vətəndaşlar üçün topladığı humanitar yardımı daşıyan yük maşınları Bakıdan Türkiyəyə yola düşüb. Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı kampaniya çərçivəsində toplanan paltar, ədyal, quru qida və gigiyena materiallarından ibarət 20 TIR-ı yola salıb.

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq.

"Türkiyə üçün humanitar yardım göndərən insanlardan ikinci əl, yəni geyinilmiş paltarlar göndərməməyi xahiş edirik".