PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1939 xəbər tapıldı

Türkiyədə zəlzələdən sonra sunami xəbərdarlığı edildi
Xəbər

Türkiyədə zəlzələdən sonra sunami xəbərdarlığı edildi

Hatay vilayətində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı edilib. Bununla bağlı Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat verib. Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ baş verib.

“Google Chrome”da yeni funksiyalar işə salındı
Xəbər

“Google Chrome”da yeni funksiyalar işə salındı

“Google” 2022-ci ilin dekabrından sınaqdan keçirilən yaddaşa və enerjiyə qənaət imkanlarını tətbiq etməyə başlayıb. Məlumata görə, yaddaşa qənaət funksiyası RAM-ı avtomatik olaraq arxa plandakı pəncərələrdən azad edir. Üstəlik, onlar bağlanmır və görünən olaraq qalır. Həmin səhifələrə keçdiyiniz zaman onlar yenidən yüklənir.

Poliklinikalarda qeydiyyat sənədləri elektron olacaq
Xəbər

Poliklinikalarda qeydiyyat sənədləri elektron olacaq

Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən ambulator-poliklinik tibb müəssisələrində tibbi qeydiyyat sənədlərinin tam şəkildə elektronlaşdırılmasına başlanılıb. Mərkəzdən verilən məlumata görə, vətəndaşlara məxsus ambulator tibbi kitabçalar ləğv edilərək onlarda olan məlumatlar əsasında data-baza formalaşdırılır.

Türkiyədəki zəlzələdə 100 hərbçi şəhid olub
Xəbər

Türkiyədəki zəlzələdə 100 hərbçi şəhid olub

Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində 100 hərbçi həlak olub. Bu , bu barədə məlumatı Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb. Onun sözlərinə görə, 2 hərbçi isə itkin düşüb: “Onların dağıntılar altında olduğunu güman edirik. Bununla yanaşı, hərbçilər arasında yaralananlar da var”.

Türkiyədə zəlzələdə uçan binalarla bağlı ümumilikdə 67 nəfər saxlanılıb
Xəbər

Türkiyədə zəlzələdə uçan binalarla bağlı ümumilikdə 67 nəfər saxlanılıb

Onlardan 15-i “qəsdən adam öldürmə” maddəsi ilə həbs edilib. 22 nəfər barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Qeyd edək ki, haqlarında həbs qərarı çıxarılan “Sözel” binalarının podratçısı Cəlal İrkören və “Dündar” binalarının podratçısı Halil İpek zəlzələ nəticəsində dağıntılar altında qalaraq həlak olublar.

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
Xəbər

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

"Türkiyə Tək Ürək" kampaniyasında rekord yardım toplandı - MƏBLƏĞ
Xəbər

"Türkiyə Tək Ürək" kampaniyasında rekord yardım toplandı - MƏBLƏĞ

Güclü zəlzələlərin böyük ziyan vurduğu qardaş Türkiyədə televiziya kanallarının iştirakı ilə "Türkiyə Tək Ürək" yardım kampaniyası keçirilib. Yardım gecəsində 115 milyard 146 milyon 528 min türk lirəsi (10 milyard 400 milyon manat) toplanıb. Serial və proqramların məşhur simaları canlı yayımda Kahramanmaraş faciəsinin yaralarını sarmaq üçün Türkiyəyə ianə çağırışı ediblər

Yayılan qripi sağaldan dərman apteklərdə tapılmır - Qutusu 45 manatdır
Xəbər

Yayılan qripi sağaldan dərman apteklərdə tapılmır - Qutusu 45 manatdır

Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatının bir sıra Avropa ölkələrində epidemiya elan etdiyi influenza virusu bir neçə aydır Azərbaycanda da geniş yayılıb. Səhiyyə Nazirliyi virusla bağlı açıqlama yayaraq həm uşaqlar, həm də böyüklər arasında müşahidə olunduğunu təsdiqləyib.

Sergey Lavrov Azərbaycana səfər edəcək
Xəbər

Sergey Lavrov Azərbaycana səfər edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.