
Hansı müəllimlərin maaşları artırıldı? - Nazirlikdən AÇIQLAMA
Mövzu ilə bağlı “Xəzər Xəbər”ə açıqlama verən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, artımlar sertifikatlaşmadan keçən müəllimlərə də şamil ediləcək: “Bu, növbəti müddət ərzində əlavə artıma səbəb olacaq. 51-dən yuxarı bal toplayan müəllimlərin maaşı 35 faiz, 31-dən yuxarı bal toplayan müıllimlərin maaşı isə 10 faiz həcmində artırılır”.










