PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1939 xəbər tapıldı

Eldar Əzizovun 300 minlik park layihəsi –Tenderdə yenə eyni şirkət qalib oldu
Xəbər

Eldar Əzizovun 300 minlik park layihəsi –Tenderdə yenə eyni şirkət qalib oldu

Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin layihə-semta sənədlərinin hazırlanması ilə bağlı tenderə yekun vurub. Azpost.info xəbər verir ki, müsabiqənin qalibi “TFM-Smart Project” MMC olub.

ÜST: Pandemiya bitir
Xəbər

ÜST: Pandemiya bitir

APA xəbər verir ki, bunu Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünə videoformatda qoşulan Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib. “İndi hər bir ölkə öz üzərinə düşəni etməli, gələcək pandemiyalara hazırlıqlı olmalı və pandemiyadan sonrakı bərpada iştirak etməlidir”, - o qeyd edib.

Bu il 3 dəfə əlavə maaş kimlərə veriləcək? – DETALLI İZAH
Xəbər

Bu il 3 dəfə əlavə maaş kimlərə veriləcək? – DETALLI İZAH

“Son günlər sosial şəbəkə vasitəsi ilə hər gün çoxsaylı sualların ünvanlandığını nəzərə alaraq qeyd etmək istərdik ki, bu il 3 dəfə əlavə maaşın ödənilməsi Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli 17 saylı qərarına əsasən tənzimlənir”.

Martda 14 gün İŞ OLMAYACAQ
Xəbər

Martda 14 gün İŞ OLMAYACAQ

Mart ayında bayramlarla əlaqədar 10 gün iş olmayacaq. Martın 8-i Qadınlar günü kimi qeyd olunur və Qadınlar günü iş günü hesab edilməyən bayramlardandır.

Qızılcaya yoluxmada kəskin artım var
Xəbər

Qızılcaya yoluxmada kəskin artım var

Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir. “Qafqazinfo” xəbər verir ki, bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Belə ki, 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb.

İşğaldan azad edilmiş rayonlara – BİR İLDƏ 4 MİLYARD MANAT YATIRILIB
Xəbər

İşğaldan azad edilmiş rayonlara – BİR İLDƏ 4 MİLYARD MANAT YATIRILIB

FED.az xəbər verir ki, bu ölkə üzrə ümumi kapital qoyuluşunun beşdə birindən artıqdır. Xatırladaq ki, 2022-ci ildə ölkəyə ümumilikdə 18,3 milyard manat vəsait yatırılıb. Bunun 10,2 milyard manatı Bakı şəhərinə sərf edilib. Başqa sözlə, Bakı şəhərini çıxmaqla, ölkənin bütün digər ərazilərinə yatırılan vəsaitlərin təqribən yarısı işğaldan azad edilən ərazilərə yatırılıb.

Lavrovun Azərbaycana səfər proqramı açıqlandı
Xəbər

Lavrovun Azərbaycana səfər proqramı açıqlandı

Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycana rəsmi səfər edəcək. “Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Sergey Lavrovun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir. Həmçinin, Lavrov xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.

Alatava qəsəbəsi söküləcək
Xəbər

Alatava qəsəbəsi söküləcək

Alatava 1 qəsəbəsində (Alatava 1 - Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz) söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərin biri ilə razılıq əldə edilib. FED.az xəbər verir ki, bu barədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.