
Dünyanın ən zəngin adamı açıqlanıb
“Forbes” ən zəngin milyarderlərin illik reytinqini açıqlayıb. Siyahıya LVMH qrupunun (“Christian Dior”, “Louis Vuitton”, “Moet & Chandon” brendləri) sahibi Bernar Arno başçılıq edir. Sahibkarın və ailəsinin sərvəti 211 milyard dollar (əvvəlki ildə 158 milyard) qiymətləndirilir. 2022-ci ildə böhrandan sonra fransız iş adamı siyahıda kapitalı 200 milyard dolları keçən yeganə milyarder olub.










