
Naxçıvanda daha bir nazir işdən çıxarıldı
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov vəzifəsindən azad edilib.
1939 xəbər tapıldı

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov vəzifəsindən azad edilib.

Fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük orqanlarına yazılı (elektron) formada bəyan edilməlidir.

Yollarda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu təsdiqlənib. Musavat.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, hərracların təşkili sahəsində işləri davam etdirir.

Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan tərəfinə görüş keçirilməsi ilə bağlı təklif ünvanlayıblar.

Türkiyə əhalisinin yarıdan çoxu dövlət başçısı postuna mayın 14-də keçiriləcək seçkilərdə ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın qələbə qazanacağına inanır. FED.az xəbər verir ki, bu barədə məlumat ictimai rəylərin tədqiqi ilə məşğul olan “Optimar” kompaniyasının keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

“Apteklərdə satılan bəzi dərmanların içərisindəki həblərin sayında fərqlər olur. Bununla da dərman satışı ilə məşğul olanlar gəlir əldə etmək mənafeyi güdmüş olur”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin iclasında deyib. Deputat qeyd edib ki, bu gün ölkədə fəaliyyət göstərən alman apteklərində qiymətlər, hətta Almaniyanın özündən 20 dəfə bahadır:

Türkiyənin pilotsuz döyüş təyyarəsi “Kızılelma” 2025-ci ildə istifadəyə veriləcək. “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar açıqlayıb. Onun sözlərinə görə, hazırda “Kızılelma”nın sınaq uçuşları davam etdirilir. O bildirib ki, pilotsuz təyyarə 2023-cü ilin sonuna qədər istehsala hazır olacaq.

Bu gecə saat 02:00-dan 04:00-a qədər Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır). Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, hərəkətin məhdudlaşdırılması yolun həmin hissəsində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının

“İran Azərbaycandakı səfirini dəyişmək niyyətində deyil”. Musavat.com “Entekhab.ir” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı İran XİN-in rəsmi nümayəndəsi Naser Kənani açıqlayıb.

İsrail ötən il Rusiyadan araq idxalı üzrə dünya lideri olub. Bu barədə aprelin 9-da BMT-nin “Comtrade” platformasının məlumatlarına əsasən xəbər yayılıb. Bildirilib ki, İsrail tərəfindən idxal bir il əvvəlki 5,7 milyon dollardan 24,7 milyon dollara qədər artıb.

Səhiyyə Nazirliyi son günlər Bakının Yasamal və Qaradağ rayonlarında, Abşeronun Masazır qəsəbəsində, eləcə də Sumqayıt şəhərində orta məktəblərdə şagirdlər arasında yayılan suçiçəyi virusu ilə əlaqədar məlumat yayıb. Məsələ ilə bağlı nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu xəstəlik mövsümi xarakter daşıyır: