PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1939 xəbər tapıldı

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 40 %-dən çox artıb
Xəbər

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 40 %-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3 milyard 523,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 40,3 % çox vəsait yönəldilib. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 23,8 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 51,7 % artıb.

Azərbaycanda istilik mövsümünün müddəti dəyişə bilər
Xəbər

Azərbaycanda istilik mövsümünün müddəti dəyişə bilər

Azərbaycanda istilik mövsümünün müddətlərinə baxılmasına dair müzakirələr aparılır. Bu barədə istilik mövsümünün bitməsinə həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Əmək bazarında ən çox tələb olunan top 5 peşə sahəsi açıqlanıb - SİYAHI
Xəbər

Əmək bazarında ən çox tələb olunan top 5 peşə sahəsi açıqlanıb - SİYAHI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarı üzrə təhlil və tədqiqatlarını davam etdirir. Nazirlikdən verilən məlumata görə, Milli Observatoriya növbəti dəfə mövcud əmək bazarında ən çox tələb olunan peşə sahələrinin müəyyən olunması üzrə araşdırma aparıb.

Tviterdə bu da olacaq
Xəbər

Tviterdə bu da olacaq

Tviterin sahibi İlon Mask sosial media platformasının izləyicilərə abunə olmaq imkanı təklif edəcəyini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, Mask bu haqda tviterdə yazıb. “İzləyicilərinizə uzun mətnlərdən tutmuş saatlarla davam edən videolara qədər hər cür materiala abunə təklif etmək üçün müraciət edin”,- deyə qeyd edib.

Elm və Təhsil Nazirliyi valideynlərə çağırış edib: “Bağçada pul istəsələr, məlumat verin”
Xəbər

Elm və Təhsil Nazirliyi valideynlərə çağırış edib: “Bağçada pul istəsələr, məlumat verin”

“Uşaq bağçalarında valideynlərdən pul tələb edilməsi halları olarsa, aidiyyəti üzrə müraciət edilməsi xahiş olunur. Çünki bu kimi faktlarla qarşılaşdıqda ona dərhal reaksiya veririk”. “Report”un xəbərinə görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Palata Anar Kərimovun dövründəki nöqsanları AŞKARLADI
Xəbər

Palata Anar Kərimovun dövründəki nöqsanları AŞKARLADI

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-2021-ci illərdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin) haqqının ödənilməsinin satınalma proseduru olmadan xərc edildiyi müəyyən olunub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Bu uşaqlar bağçadan xaric olunacaq
Xəbər

Bu uşaqlar bağçadan xaric olunacaq

Qeydiyyatdan keçib gəlməyən uşaqların bağçadan xaric olunması prosedurunun işlənilməsi nəzərdə tutulur. "Unikal" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.

2 kolbasa şirkətinin QEYDİYYATI LƏĞV EDİLİB -SİYAHI
Xəbər

2 kolbasa şirkətinin QEYDİYYATI LƏĞV EDİLİB -SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən "Payım" ticarət markası ilə kolbasa və sosiskalar istehsal edən "Al-Sana" MMC-nin istehsal fəaliyyəti üzrə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib.

Bakı Rio-de-Janerye, Nyu Dehli və Sinqapur kimi şəhərləri geridə qoyub
Xəbər

Bakı Rio-de-Janerye, Nyu Dehli və Sinqapur kimi şəhərləri geridə qoyub

Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək üçün Rio-de-Janerye, Nyu Dehli və Sinqapur kimi müasir və inkişaf etmiş şəhərləri geridə qoyub. Bunu Beynəlxalq Astronavtika Konqresinə hazırlıq departementinin direktoru Rəna Cəfərova "Beynəlxalq Astronavtika Konqresinə dair media brifinqində" deyib.