
Bakıda bütün - KÖHNƏ BİNALAR SÖKÜLƏCƏK
Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.
1939 xəbər tapıldı

Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.

Aprel ayının 20-də 2023-cü ilin ilk tutulma hadisəsi - Günəş tutulması olacaq. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından “Qafqazinfo”ya bildirilib ki, tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayacaq və saat 10:59-da sona çatacaq. Ümumilikdə 5 saat 25 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 08:16-da olacaq.

2023-cü ilin ilk 3 ayı ərzində Azərbaycana 108 milyon 758 min dollar dəyərində 356 min 147 ton buğda idxal edilib. Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin ilk 3 ayında 1 ton buğdanın idxal qiyməti orta hesabla 305 dollar təşkil edib.

Ötən il Ermənistan və İran arasında ticarət dövriyyəsi təxminən 711 mln. ABŞ dolları təkil edib, bu da illik müqayisədə 42%-ə yaxın çoxdur. Ermənistan mətbuatının verdiyi xəbərə görə, bu barədə “2022-ci ildə Ermənistan hökumətinin proqramının (2021-2026-cı illəri əhatə edir – red.) icrasının gedişatı və nəticələri haqqında” hesabatda deyilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl olmaqla bayram ərəfəsində ödənilməsi nəzərdə tutulur. Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, həmin ödənişlərin aprelin 20-də həyata keçirilməsi planlaşdırılır.

Azərbaycanın Türkiyədəki Səfirliyi qardaş ölkədə təhsil alan vətəndaşlarımıza müraciət edib.

Gələn il yanvarın 1-dən Azərbaycana idxal olunacaq tropik meyvələr 15 faiz gömrük rüsumundan azad ediləcək. “Qafqazinfo” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə edilən dəyişiklikdə əksini tapıb.

"Quru sərhədlərinin açılması məsələsi hazırda ən çox müzakirə edilən məsələlərdəndir. Azərbaycanda quru sərhədlərin bağlanması birbaşa pandemiya ilə əlaqədar idi. Bununla belə, artıq karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər aradan qaldırılıb.

Bakının üç rayonunda suyun verilişində məhdudiyyət olacaq. Bu barədə Azərsu” ASC-dən bildirilib. Magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar aprelin 18-də gün ərzində Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 19158 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil edib.

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10135373 nəfər təşkil edib (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla). Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu 26-cı Şərqi Aralıq dənizi Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib. O qeyd edib ki, 2022-ci ildə Azərbaycana Türkiyədən 311 min turist gəlib.