PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1939 xəbər tapıldı

Bakıda salınacaq bulvarla bağlı YENİ DETALLAR
Xəbər

Bakıda salınacaq bulvarla bağlı YENİ DETALLAR

Bakıda, Bülbülə gölünün ətrafında yeni bulvar salınacaq. Gölün ətrafında yaşıl istirahət zonasının yaradılması nəzərdə tutulub. Yeni bulvarın nə vaxt salınıb istifadəyə veriləcəyi və layihədə hansı yeniliklərin olacağı maraqla qarşılanır. Baku.ws bu məqsədlə Bakı Abadlıq Xidmətinə müraciət edib və yeniliklər barədə məlumat alıb.

Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək
Xəbər

Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək

Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan Moskvada görüşəcək. APA xəbər verir ki, bunu Ermənistan parlamentinin Avropaya inteqrasiya məsələləri üzrə komissiyasının sədri Arman Yeqoyan bu gün keçirilən brifinqdə açıqlayıb. “Bununla bağlı ilkin razılıq var”, - Yeqoyan bildirib.

Azərbaycanda bu ay - 10 GÜN İŞ OLMAYACAQ
Xəbər

Azərbaycanda bu ay - 10 GÜN İŞ OLMAYACAQ

2023-cü ilin may ayı üçün bayramla əlaqəli qeyri-iş günləri məlum olub. 9 May Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür. Onu da qeyd edək ki, 2023-сü ildə mayın 28-i həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq 29 may tarixi istirahət günüdür.

Dolların gələcək taleyilə bağlı proqnoz verildi
Xəbər

Dolların gələcək taleyilə bağlı proqnoz verildi

Növbəti iclasda ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbərliyinin əsas uçot dərəcəsinin artırılması kursunu davam etdirəcəyi ehtimalı var. Bu isə dolların bahalaşa biləcəyi deməkdir. “Bloomberg”in məlumatına görə, bu tədbir daxili bazarda inflyasiyanın qarşısını almaq üçün lazımdır.

Çin insanların rəqəmsal klonlarını yaratmağa başlayıb
Xəbər

Çin insanların rəqəmsal klonlarını yaratmağa başlayıb

Çində ölkənin ən böyük internet holdinqi olan Tencent, insanın rəqəmsal klonunu yaratmağa imkan verən Deepfakes-as-a-Service (DFaaS) proqramını işə salıb. APA xəbər verir ki, bu barədə The Register-də məlumat verilib. Xidmətin qiyməti cəmi 145 dollar olacaq.

Türkiyənin yerli istehsal olan ilk tankının sınaqları başlayıb
Xəbər

Türkiyənin yerli istehsal olan ilk tankının sınaqları başlayıb

Türkiyənin yerli istehsalı olan “Yeni Altay” tankları sınaqlara hazırdır. “Report” “A Haber”ə istinadən xəbər verir ki, tank kütləvi istehsaldan əvvəl 6 min sınaqdan keçiriləcək. “Yeni Altay”ın istehsalı üzərində 250-si mühəndis olmaqla 450 mütəxəssis çalışıb. Tankın kütləvi istehsalı uğurlu sınaqlardan asılıdır.

Bakıda taksi qiymətləri bahalaşdı
Xəbər

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda fəaliyyət göstərən taksi xidmətlərində gediş haqqı artıb. Qiymətin bahalaşmasını taksi sürücüləri və sərnişinlər də Trend-ə təsdiqləyib. Onların sözlərinə görə, gediş haqqı 30%-ə qədər bahalaşıb.

Bu müəssisələrdə qiyabi təhsil ləğv edilir
Xəbər

Bu müəssisələrdə qiyabi təhsil ləğv edilir

Peşə təhsili müəssisələrində qiyabi təhsilalma forması ləğv edilir. “Qafqazinfo” xəbər verir ki, bu, “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihədə öz əksini tapıb. Həmçinin, peşə təhsili müəssisələrində təhsil alanlar akademik məzuniyyətin verilməsi də nəzərdə tutulub.