PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1939 xəbər tapıldı

Şuşada 17 binadan ibarət yaşayış kompleksinin təməli qoyulub
Xəbər

Şuşada 17 binadan ibarət yaşayış kompleksinin təməli qoyulub

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərində 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər. APA xəbər verir ki, dövlət başçısına və birinci xanıma kompleksdə görüləcək işlər barədə məlumat verilib.

May pensiyaları bu tarixdə veriləcək
Xəbər

May pensiyaları bu tarixdə veriləcək

Mayın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Bu avtobusda nağd ödəniş ləğv edildi
Xəbər

Bu avtobusda nağd ödəniş ləğv edildi

50 nömrəli müntəzəm marşrut üzrə (“Neftçilər” metrostansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən) avtobuslarda gedişhaqqının nağd qaydada ödənilməsi dayandırılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, 8 maydan etibarən bu avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödənilir. Qeyd edilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xət

DİM sədri: “Gələcəkdə buraxılış imtahanlarını iki mərhələdə keçirmək olar”
Xəbər

DİM sədri: “Gələcəkdə buraxılış imtahanlarını iki mərhələdə keçirmək olar”

Açıq suallara görə, növbəti illərdə buraxılış imtahanlarının vaxtının artırılıb-artırılmayacağına aydınlıq gətirilib. “Report”un xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, imtahanların müddəti standartlara uyğun müəyyən edilib.

Azərbaycanla Ermənistan sülhlə bağlı bəzi maddələr üzrə razılaşdı
Xəbər

Azərbaycanla Ermənistan sülhlə bağlı bəzi maddələr üzrə razılaşdı

1-4 may 2023-cü il tarixlərində ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Bu barədə “Qafqazinfo”ya Azərbaycan XİN-dən bildirilib. Məlumata görə, nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər.

Paşinyan: “İyunun 1-də Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalansa, şad olaram”
Xəbər

Paşinyan: “İyunun 1-də Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalansa, şad olaram”

“İyunun 1-də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa, şad olaram”. “Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Mayın 3-də parlamentdə “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan baş nazirə ABŞ-Azərbaycan-Ermənistan, habelə Rusiya-Azərbaycan-Ermənistan rəsmiləri arasında üçtərəfli görüşlə bağlı sual verib.