PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1939 xəbər tapıldı

Azərbaycanda qiymətlər maaşdan daha sürətlə artır – STATİSTİKA KOMİTƏSİ AÇIQLADI
Xəbər

Azərbaycanda qiymətlər maaşdan daha sürətlə artır – STATİSTİKA KOMİTƏSİ AÇIQLADI

2023-cü ilin yanvar-aprel ayları üzrə məlumata görə, Azərbaycanda qiymətlərin artımı eyni dövrdə maaşların artımı sürətini qabaqlayır. FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-mart aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artaraq 901,3 manata çatıb.

“Günay Bank”da 70 milyon manat əmanət bata bilər
Xəbər

“Günay Bank”da 70 milyon manat əmanət bata bilər

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə “Günay Bank”ın lisenziyası ləğv edilib. “APA-Economics”in məlumatına görə, 2023-cü il aprel ayının 1-nə “Günay Bank”ın ümumi depozitlərin həcmi 108 milyon 566 min manata bərabər olub.

Bakı əhalisi 1000 manatdan çox maaş alır
Xəbər

Bakı əhalisi 1000 manatdan çox maaş alır

Bakıda çalışan əhalinin orta aylıq maaşı açıqlanıb. Bakı Şəhər Statistika İdarəsindən (BŞSİ) “Qafqazinfo”ya verilən məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,6 faiz artıb.

“Bakcell” “Sabah”-“Beşiktaş” oyununa dəstək verib
Xəbər

“Bakcell” “Sabah”-“Beşiktaş” oyununa dəstək verib

13 may tarixində Bakıda "Bakcell"in dəstəyi ilə “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında xeyriyyə oyunu keçirilib. Görüşdən əldə olunmuş bütün gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Avtobuslarda gedişhaqqı artacaq? - RƏSMİ AÇIQLAMA
Xəbər

Avtobuslarda gedişhaqqı artacaq? - RƏSMİ AÇIQLAMA

Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı məlumatlar yayılıb.

Türkiyədə keçirilən seçkilərdə bir milyondan artıq bülleten etibarsız sayılıb
Xəbər

Türkiyədə keçirilən seçkilərdə bir milyondan artıq bülleten etibarsız sayılıb

Türkiyədə keçirilən seçkilərdə 1 milyondan artıq səs etibarsız sayılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası tərəfindən dərc olunmuş məlumatda qeyd olunub. Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı səsvermə artıq başa çatıb. Son məlumatlara görə, Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb.

Əhali 4 ayda 16,4 milyard manat xərcləyib
Xəbər

Əhali 4 ayda 16,4 milyard manat xərcləyib

2023-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 16,4 milyard manatlıq, o cümlədən 9,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Ölkədə ən çox maaşı onlar alır
Xəbər

Ölkədə ən çox maaşı onlar alır

2023-cü il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 min nəfər və ya 2,0 faiz artaraq 1736,3 min nəfər olmuş, onlardan 904,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Azərbaycanda gələn ay 12 gün - İŞ OLMAYACAQ
Xəbər

Azərbaycanda gələn ay 12 gün - İŞ OLMAYACAQ

Nazirlər Kabinetindən verilən məlumata görə, ölkədə 15 iyun – Milli Qurtuluş günü kimi qeyd edilir. Buna görə də cümə axşamı günü iş olmayacaq. 26 İyun – Silahlı Qüvvələr Günüdür. İyunun 28,29-u Qurban bayramı günləri müəyyən edilib. Həmin günlər bayram olduğu üçün qeyri-iş günü hesab edilir.