
14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb
14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfərinə ilk olaraq Ağdamdan start verilib. APA-nın Qarabağ bürosunun xəbər verir ki, Ağdama səfər zamanı qonaqlara minalı sahələr barədə məlumat verilib. Nümayəndə heyətinə Most Traveled People təşkilatının rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib ABŞ vətəndaşı Charles Veley başçılıq edir.










