PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1939 xəbər tapıldı

Azərbaycan Ordusunun Naxçıvan və Şuşadakı mövqeləri atəşə tutulub
Xəbər

Azərbaycan Ordusunun Naxçıvan və Şuşadakı mövqeləri atəşə tutulub

İyunun 20-i saat 16:30-dan saat 17:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bakı metrosunda ödəniş mobil tətbiqin QR kodu vasitəsilə mümkün olacaq
Xəbər

Bakı metrosunda ödəniş mobil tətbiqin QR kodu vasitəsilə mümkün olacaq

Bakı metropoliteninin iki stansiyasında avtobuslarda nağdsız ödəniş üçün hazırlanan yeni mobil tətbiqin QR kodu vasitəsilə ödənişin tətbiqi nəzərdə tutulur. "Report" xəbər verir ki, bunu "K Group" MMC-nin ("BakıKart"ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.

Müdafiə Nazirliyi məlumat yaydı
Xəbər

Müdafiə Nazirliyi məlumat yaydı

İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod və Arazdəyən istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

18 məktəb direktoru vəzifəsindən azad edildi
Xəbər

18 məktəb direktoru vəzifəsindən azad edildi

2022-2023-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.

Azərbaycanda 5 ayda mobil rabitəyə 450 milyon manatdan çox vəsait xərclənib
Xəbər

Azərbaycanda 5 ayda mobil rabitəyə 450 milyon manatdan çox vəsait xərclənib

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 13,5% artaraq 1168,7 milyon manat təşkil edib. “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu xidmətlərin 76,7%-i əhali tərəfindən istehlak olunub.