
Səfər Mehdiyevin fəaliyyətini yoxlamağı – DTX «SİFARİŞ EDİB» - DƏQİQLƏŞDİ
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti (DMNX) Dövlət Gömrük Komitəsində (DGK) yoxlama aparıb və böyük yeyintilər aşkar edib. FED.az xatırladır ki, 2018-2022-ci illər dövrünü əhatə edən – yoxlama zamanı 132 milyon manat məbləğində gömrük ödənişinin az hesablandığı və bu qədər vəsait dövlət büdcəsinə az ödənildiyin aşkar edilib.










