
Ərdoğan və Putin bu gün Soçidə “Taxıl sazişi”nin yeni şərtlərlə bərpasını müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin bu gün Soçidə “Taxıl sazişi”nin yeni şərtlərlə bərpasını müzakirə edəcəklər. “Report”un xəbərinə görə, bu barədə TASS-a diplomatik mənbələr məlumat verib. İki ölkə liderləri BMT-nin yeni şərtlərinə uyğun olaraq “Taxıl sazişi”nin bərpası barədə danışmağı planlaşdırırlar.










