PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1939 xəbər tapıldı

Dərmanlar ucuzlaşacaq - Tarif Şurası
Xəbər

Dərmanlar ucuzlaşacaq - Tarif Şurası

Sentyabrın 15-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda Tarif (qiymət) Şurası hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib.

Bu gün Azərbaycanda Bilik Günüdür
Xəbər

Bu gün Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günüdür Azərbaycanda bu gündən etibarən yeni tədris ili başlayır. 2023-2024-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 612 294 şagird təhsil alacaq.Yeni tədris ilində ümumtəhsil məktəblərinin I sinfində 135 418, IX sinfində 152 536, XI sinfində isə 103 072 şagird oxuyacaq.

Təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılır
Xəbər

Təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılır

“Bu ildən etibarən bütün təhsil müəssisələrində, o cümlədən, məktəbəqədər müəssisələrdə xüsusi qida təhlükəsizliyinin tətbiqinə başlanılır”. “Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanda güclü zəlzələ baş verə bilərmi? - RƏSMİ CAVAB
Xəbər

Azərbaycanda güclü zəlzələ baş verə bilərmi? - RƏSMİ CAVAB

Dünyada hər il təxminən 500 min zəlzələ baş verir ki, bunların da yalnız beş biri hiss olunur. Təxminən 100-ü dağıntılara səbəb olur. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli real tv-yə bildirib ki, zəlzələnin mərkəzi məhz süxurların ilk parçalanma yeridir:

Ermənistanın dövlət borcu 11 milyard dolları ötüb
Xəbər

Ermənistanın dövlət borcu 11 milyard dolları ötüb

2023-cü ilin iyul ayının sonuna Ermənistanın dövlət borcu təxminən 11 milyard 352 milyon dollar təşkil edib. Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, ilin əvvəli ilə müqayisədə borcun məbləği 714 milyon dollar və ya 6,7% artıb. Bildirilir ki, daxili dövlət borcu xarici borcdan daha sürətlə artır.

Stomatoloji xidmətlərə görə ödənilən məbləğlərdən ƏDV-nin geri qaytarılması mümkündürmü?
Xəbər

Stomatoloji xidmətlərə görə ödənilən məbləğlərdən ƏDV-nin geri qaytarılması mümkündürmü?

Mən stomatoloji xidmət alıram və əldə etdiyim tibbi xidmət üçün ödədiyim məbləğlərə görə ƏDV-nin geri qaytarılması hüququmdan istifadə etmək istəyirəm. Bu baxımdan, fərdi qaydada stomatoloji fəaliyyət göstərən diş həkimi tərəfindən mənə göstərilən tibbi xidmətlərə görə nəzarət-kassa aparatının çeki təqdim edilməlidirmi?

Bu il məktəblərin rus bölməsinə müraciət azalıb - RƏSMİ
Xəbər

Bu il məktəblərin rus bölməsinə müraciət azalıb - RƏSMİ

2023/2024-cü tədris ili üzrə rus bölməsinə qəbul olan şagirdlərin sayı məlum olub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, 2023/2024-cü tədris ili üzrə rus bölməsi üzrə birinci sinfə 11 943, məktəbəhazırlıq qruplarına 5 568 uşaq qəbul olub.

Turizm Azərbaycana ilk yarımildə - 589.4 MİLYON DOLLAR QAZANDIRIB
Xəbər

Turizm Azərbaycana ilk yarımildə - 589.4 MİLYON DOLLAR QAZANDIRIB

2023-cü ilin altı ayında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 45.7% artaraq 1.1 mlrd. ABŞ dolları olub. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın 589.4 mln. dollar olduğu halda,  idxalı 488.2 mln. dollar olub. Beləliklə, turizm ixracının idxalı  üstələməsi nəticəsində 101.2 mln. dollar həcmində profisit yaranıb. Turizmdən gələn gəlir illik müqayisədə 87% artıb.