
Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta çərçivəsində ola bilər?
Səhiyyə Nazirliyi və aidiyyəti qurumlarla onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində olması üçün bir neçə görüşlər keçirilib. Hazırda hesablamalar aparılır”. “Qafqazinfo” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.










