
Türkiyə ordusunun Azərbaycanda qalma müddəti - UZADILACAQ
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.
1939 xəbər tapıldı

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.

“Rusiya Prezidenti Vladimir Putin müharibədə yarımçıq qalan qələbəni yenidən qeyd edə bilər”. “Qafqazinfo” xəbər verir ki, bunu Litva xarici işlər naziri Qabrielus Landsberqis deyib. O bildirib ki, cəbhədə ukraynalılara təzyiqlərin artmasını gördükdən sonra onun qələbəni planlaşdırması mümkündür:

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda inflyasiya 10,2%-ə enib. Bu isə doqquz aylıq göstərici ilə müqayisədə 0,7% bəndi azdır. "APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Sosial şəbəkələrdə Azərbaycanda “Pazfarm” adlı şəbəkənin yüzlərlə insanın xeyli miqdarda vəsaitini ələ keçirməsi barədə məlumatlar yayılır. “Qafqazinfo” xəbər verir ki, insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazanma təklif edən şəbəkənin toplanan pulları ələ keçirərək fəaliyyətini dayandırdığı bildirilir.

Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev məhkəməyə gətirilib. “Qafqazinfo”nun məlumatına görə, 8 ildir həbsdə olan C.Hacıyev yaxın dostu, sabiq deputat Dünyamin Xəlilovun yeni cinayət işi üzrə şahid qismində ifadə verəcək.

“10 ayda Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarının 99-da təklif tələbi üstələyib”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

2024-cü ilin dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə üçün 1.7 milyon manat kompensasiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı çoxsaylı sualların olmasını nəzərə alaraq qeyd etmək istərdik ki, əvvəlki illərdə də bu məqsədə dövlət büdcəsindən vəsaitlərin ayrılması nəzərdə tutulurdu.

Xəbər verildiyi kimi, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsinə başlanılır.

Noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilir ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Təhlillər göstərir ki, Azərbaycanda daşınmaz əmlak bazarı böyük ölçüdə yeni tikililərdən, yəni ilkin mənzil bazarından asılıdır. Bu həm torpaq bazarına, həm də təkrar mənzil bazarına ciddi təsiri ilə müşahidə olunan və əhəmiyyətli bir prosesdir. Sadə dildə ifadə etsək, təkrar mənzil bazarının mövcud iştirakçıları ilkin mənzil bazarının potensial alıcılarıdır.

Nazirlik və Dünya Bankının hesablamalarına əsasən 2050-ci ildə gözlənilən orta ömür uzunluğu qadınlarda 82,8 yaş, kişilərdə isə 79,8 yaş təşkil edəcəkdir (yəni ödəniş müddəti daha da artacaqdır).

“Artıq elektron resept hazırdır, pilot şəklində bir neçə xəstəxanada və ambulator tipli məntəqələrdə tətbiqi başlayıb”. “Qafqazinfo” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, gələn ilin yanvar ayının 1-dən elektron resept bütün ölkə ərazisində tətbiq olunacaq: