
Alimlər xərçəngin aşkarlanması üçün yeni üsul hazırladı
İsveçin Göteborq Universitetinin tədqiqatçıları orqanizmdə qlikanların - şəkər molekullarının strukturunda baş verən dəyişikliklərin öyrənilməsi əsasında xərçəngin diaqnozunun yeni üsulunu hazırlayırlar. Qaynarinfo xəbər verir ki, nəticələr "Cell Reports Methods" jurnalında dərc olunub.










