
Azərbaycanda taksilərlə bağlı yeni qərar qəbul olunacaq
“Ölkədə tıxac və digər nəqliyyat infrastrukturu problemlərinin həlli üçün diaqnostika aparılıb. Buna beynəlxalq mütəxəssislər də dəvət edilib”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.










