PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1939 xəbər tapıldı

Azərbaycanda bu şəxslərə pulsuz ev veriləcək – Açıqlama
Xəbər

Azərbaycanda bu şəxslərə pulsuz ev veriləcək – Açıqlama

“Müdafiə Nazirliyinin internet səhifəsində “Mənzil növbəsi” adlı yeni bölmə yaradılıb. Bu bölmənin məqsədi elektron qeydiyyatdan keçməklə 20 il qüsursuz hərbi xidmət göstərmiş hərbçilərimizin və eyni zamanda hazırda hərbi xidmətini başa vurmuş vətəndaşlarımızın, eləcə də onların varislərinin mənzillə təminatı ilə bağlıdır”.

Gələn il pensiyalar bu qədər arta bilər
Xəbər

Gələn il pensiyalar bu qədər arta bilər

Son dövrlər mediada tez-tez yer alan məsələlərdən biri də 2025-ci ildə pensiyaların nə qədər artacağıdır. Xüsusilə də qiymətlərlə bağlı baş verənlər bu mövzunu daha da aktuallaşdırır. Artıq bununla əlaqədar müxtəlif rəqəmlər də səsləndirilir. Gələn il pensiyalar nə qədər arta bilər?

Azərbaycanda məktəblilər arasında yaxşı və zəif oxu göstəriciləri üzrə nəticələr açıqlanıb
Xəbər

Azərbaycanda məktəblilər arasında yaxşı və zəif oxu göstəriciləri üzrə nəticələr açıqlanıb

Oxu nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatın nəticələri (PİRLS 2021) açıqlanıb. bu barədə Təhsil İnsitutu məlumat yayıb. Belə ki, Azərbaycanın PIRLS 2021 nəticələrinə əsasən bölgələr üzrə iştirak etmiş məktəblərin nəticələrinə əsasən ən yaxşı nəticə Sumqayıtda (495 bal) olub. Ən zəif nəticə isə Neftçalada (328 bal) qeydə alınıb.

Azərbaycanda pul bazası 14 % artıb
Xəbər

Azərbaycanda pul bazası 14 % artıb

Bu günə Azərbaycanda pul bazası 20 milyard 731,5 milyon manat təşkil edib. “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 1,6 % çoxdur.

COP29 zamanı toyların dayandırılması barədə göstəriş verilməyib – RƏSMİ
Xəbər

COP29 zamanı toyların dayandırılması barədə göstəriş verilməyib – RƏSMİ

Son günlər ərzində bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı ilə bağlı Bakı şəhərində yerləşən şadlıq saraylarının fəaliyyətinin dayandırılması, habelə müvafiq dövr ərzində paytaxt Bakıda toyların keçirilməsinin təxirə salınması ilə bağlı media məkanında müxtəlif təfsirli məqalələr dərc edilməkdədir.

İkinci Şuşa Qlobal Media Forumu dünya mətbuatında... - Fotolar
Xəbər

İkinci Şuşa Qlobal Media Forumu dünya mətbuatında... - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, dünyanın müxtəlif ölkələrində jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar dünya mediasının diqqət mərkəzində olub.

Azərbaycan Ermənistanı COP29-a dəvət etdi
Xəbər

Azərbaycan Ermənistanı COP29-a dəvət etdi

Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb. Bildirilib ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Ermənistanın müdafiə qabiliyyətinin gücləndirməsinə Avropa Sülh Fondundan 10 milyon avro ayrılması müzakirə olunacaq
Xəbər

Ermənistanın müdafiə qabiliyyətinin gücləndirməsinə Avropa Sülh Fondundan 10 milyon avro ayrılması müzakirə olunacaq

Avropa İttifaqı Xarici işlər nazirləri Şurasının iyulun 22-də keçiriləcək iclasının gündəliyinə daxil olan məsələlər sırasında Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması məsələsi də yer alacaq. Avropa Sülh Fondu tərəfindən göstərilən yardım Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək.

DİM sədri: İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür
Xəbər

DİM sədri: İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür

İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür. "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir: "Təbii ki, bu da elmə əsaslanmalıdır".