PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1939 xəbər tapıldı

Kirayə mənzil bazarında qiymətlər necə dəyişəcək? – AÇIQLAMA
Xəbər

Kirayə mənzil bazarında qiymətlər necə dəyişəcək? – AÇIQLAMA

Hazırda Bakının mərkəzinə yaxın, xüsusən də infrastrukturun son zamanlar daha çox inkişaf etdiyi ərazilərində qiymət artımı müşahidə edilir. Bu sözləri açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc deyib.

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı yeni QƏRAR
Xəbər

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı yeni QƏRAR

Elm və Təhsil Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Türkiyə-Azərbaycan Universitetində dövlət hesabına təhsil alan tələbələrin sayı barədə təkliflərini hər tədris ili üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Qohum nikahları ilə bağlı qaydaya dəyişiklik edildi
Xəbər

Qohum nikahları ilə bağlı qaydaya dəyişiklik edildi

Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edilib.

Oktyabrın 13-dən Bakıdan Laçına müntəzəm avtobus reysi açılır
Xəbər

Oktyabrın 13-dən Bakıdan Laçına müntəzəm avtobus reysi açılır

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 13 oktyabr 2024-cü il tarixindən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.

Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
Xəbər

Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb

Xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfərə yola düşüb. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb
Xəbər

Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb

Dünyada ən çox maaş alan ölkə lideri Sinqapurun Baş naziri Lourens Vonqdur. “Report” xəbər verir ki, bu barədə “Forbes” “PoliticalSalaries”in hesablamalarına istinadən yazıb. Saytın məlumatına görə, siyasətçinin maaşı ildə təxminən 1,69 milyon ABŞ dollarıdır. Ən çox qazanan dünya liderləri siyahısında ikinci yeri İsveçrə Prezidenti Viola Amherd tutub. Onun maaşı ildə 569,5 min dollardır.

COP29-da nələr müzakirə edilməlidir?
Xəbər

COP29-da nələr müzakirə edilməlidir?

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı daim qlobal ekoloji problemlərin həllinə yönəlib və iqlim dəyişikliyi məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayıb. Lakin bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə qarşı siyasi təzyiqlərə səbəb olub.

UNICEF təmsilçisi: Uşaqların 96 %-i çirklənmiş hava ilə nəfəs alır
Xəbər

UNICEF təmsilçisi: Uşaqların 96 %-i çirklənmiş hava ilə nəfəs alır

Uşaqların 96 %-i çirklənmiş hava ilə nəfəs alır. "Report" xəbər verir ki, bunu UNICEF-in davamlılıq və iqlim üzrə regional məsləhətçisi Maria Osbek Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA universitetində baş tutan "İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir" adlı tədbirdə deyib.