PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1939 xəbər tapıldı

Ötən il Türkiyədən Azərbaycana 3 milyard dollarlıq məhsul ixrac edilib
Xəbər

Ötən il Türkiyədən Azərbaycana 3 milyard dollarlıq məhsul ixrac edilib

2024-cü ildə Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkələr sırasında Azərbaycan beşinci yerdədir. Qeyd olunan dövrdə Türkiyə qonşuları Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanıstana ümumilikdə 34,2 milyard dollarlıq məhsul ixrac edib. Sözügedən məbləğ 2023-cü ildə təxminən 31,9 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 7,4 faiz artım deməkdir.

Bu ölkəyə də şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik
Xəbər

Bu ölkəyə də şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik

Yanvarın 31-də Özbəkistanın Miqrasiya və Vətəndaşlığın Qeydiyyatı Baş İdarəsi ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndələri şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması məsələlərini müzakirə etmək üçün onlayn görüş keçirib.

Tramp qərar verdi - 709 Azərbaycan vətəndaşı ölkədən çıxarılır
Xəbər

Tramp qərar verdi - 709 Azərbaycan vətəndaşı ölkədən çıxarılır

ABŞ-nin yeni Prezidenti Donald Tramp vəzifələrinin icrasına başladıqdan sonra ölkədə qanunsuz yaşayan miqrantlara qarşı mübarizəni gücləndirib. Artıq İmmiqrasiya İdarəsi deportasiya ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib.

Vatsapdan yenilik
Xəbər

Vatsapdan yenilik

Artıq 2023-cü ilin oktyabr ayından “Android” smartfonlarında birdən çox hesabdan istifadə etmək imkanı verən vatsap messenceri bu funksiyanı “Apple” cihazlarına da genişləndirməyə hazırlaşır. “Qafqazinfo” xəbər verir ki, “WABetaInfo”nun (WBI) məlumatına görə, artıq “iPhone” üçün çox istifadəçi dəstəyinin sınaqdan keçirilməsinə başlanılıb.

Türkiyədəki yanğına görə onlar da saxlanıldı
Xəbər

Türkiyədəki yanğına görə onlar da saxlanıldı

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı daha iki nəfər saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb. Bolu Bələdiyyə sədrinin müavini Sedat Gülener və Xilasetmə Müdirinin müavini Kenan Coşkunun da saxlanıldığı bildirilir. Bundan əvvəl 9 nəfərin saxlanıldığı məlum idi.

Ardıcıl 7 gün dərs olmayacaq
Xəbər

Ardıcıl 7 gün dərs olmayacaq

Yanvarın 27-dən Azərbaycanda məktəblərdə qış tətili başlayır. 5 günlük məktəblərdə ilk dərs günü fevralın 3-də, 6 günlük məktəblərdə isə fevralın 1-də başlayacaq. Bu qərar ümumi təhsil müəssisələrinin hazırlıq qruplarına da şamil edilir.

35 il keçdi...
Xəbər

35 il keçdi...

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 35 il keçir. “Qafqazinfo”nun məlumatına görə, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub. Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar tərəfindən 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanı ziyarət olunacaq.

Azərbaycanla Ermənistan bu məsələdə razılığa gəldi
Xəbər

Azərbaycanla Ermənistan bu məsələdə razılığa gəldi

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.

Kimlərə ayda 400 manat veriləcək?
Xəbər

Kimlərə ayda 400 manat veriləcək?

Baş nazir məqsədli proqramların həyata keçirilməsi və kvotadan əlavə iş yerlərinin yaradılması qaydalarını təsdiq edib. Bu qaydalar Prezident İlham Əliyevin təsdiq etdiyi “Məşğulluq haqqında” Qanuna edilən dəyişikliklərə əsasən hazırlanıb. Nazirlər Kabinetinin son qərarlarından sonra artıq bu sahədə bütün qaydalar qüvvəyə minib.