PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1939 xəbər tapıldı

Əhaliyə xəbərdarlıq edildi
Xəbər

Əhaliyə xəbərdarlıq edildi

Bu gün axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.

Pezeşkian Lavrovla görüşdü
Xəbər

Pezeşkian Lavrovla görüşdü

İran Prezidenti Məsud Pezeşkian Tehranda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Bəzi yollarda sürət həddi endirildi
Xəbər

Bəzi yollarda sürət həddi endirildi

Mövcud hava şəraiti ilə əlaqədar paytaxtın Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Fidan və Lavrov görüşdü
Xəbər

Fidan və Lavrov görüşdü

Bu gün Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında ikitərəfli danışıqlar keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN-dəki mənbəyə istinadən TASS yayıb. Bildirilib ki, danışıqlar Yohannesburqda G20 ölkələrinin XİN rəhbərlərinin 27-ci görüşü çərçivəsində baş tutacaq.

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb
Xəbər

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb. "Report" xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.

Həcc ziyarətinə uşaqla getmək qadağan olundu
Xəbər

Həcc ziyarətinə uşaqla getmək qadağan olundu

Bu ildən Həcc ziyarətində zəvvarların özləri ilə uşaq gətirməsinə icazə verilməyəcək. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, bu qərar Həcc ziyarəti zamanı sıxlıq yarandığından uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə verilib.

Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Xəbər

Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var

Məlum olduğu kimi, Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Prosesin detallarına dərindən varmadan deyə bilərik ki, bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub.

İnvestisiya fondu BP-də iştirak payı alıb
Xəbər

İnvestisiya fondu BP-də iştirak payı alıb

“Elliott Management” hedc fondu (investisiya fondu – red.) Böyük Britaniyanın BP şirkətində iştirak payı alıb və onun dəyərini artırmaq üçün neft-qaz şirkətində dəyişikliklərə təkan vermək niyyətindədir. FED.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” yazır.