PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1939 xəbər tapıldı

Türkiyədə türk əsilli əcnəbilər artıq vətəndaş kimi işləyə biləcək
Xəbər

Türkiyədə türk əsilli əcnəbilər artıq vətəndaş kimi işləyə biləcək

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan "Türk əsilli əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə yerinə yetirə bilmələri, dövlət və ya özəl qurum, təşkilat və ya iş yerlərində çalışa bilmələri" haqqında Qanunun tətbiqi haqqında əsasnamədə dəyişiklik edilməsinə dair Qərar imzalayıb.

“ChatGPT”dən yenilik
Xəbər

“ChatGPT”dən yenilik

“OpenAI” “ChatGPT”yə yeni funksiyalar əlavə edib. Artıq istifadəçilər chatbotdan çıxmadan “Spotify”da pleylist yarada və ya “Zillow”da ev elanlarına baxa biləcəklər. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu yenilik “Telegram” və “Discord”dakı “mini tətbiqlər”ə bənzəyir. İstifadəçilər “ChatGPT” ilə danışaraq, onun digər tətbiqlərlə necə işləyəcəyini seçə biləcəklər.

Qızılın qiyməti tarixi maksimumu yeniləyib
Xəbər

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Nyu York Ticarət Birjasının bölməsi olan "Comex"də 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 019 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb. Bu barədə "Report" ticarət platformasının məlumatlarına istinadən xəbər verir.

Ermənistanın Gəncəni üçüncü dəfə bombalamasından beş il ötür
Xəbər

Ermənistanın Gəncəni üçüncü dəfə bombalamasından beş il ötür

Vətən Müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən üçüncü dəfə raket hücumuna məruz qalmasından beş il ötür. "Report" xatırladır ki, 2020-ci ilin oktyabrın 8-də gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri növbəti dəfə atəşə tutulub.

Yeni tikilən binaların ömrü 100 il olacaq
Xəbər

Yeni tikilən binaların ömrü 100 il olacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nı təsdiqləyib. Bununla bağlı kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Bakıda məktəblər birləşdirildi – Rəsmi
Xəbər

Bakıda məktəblər birləşdirildi – Rəsmi

Bakı şəhərində yerləşən iki məktəb birləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına əsasən, Bakı şəhəri 25 nömrəli tam orta ümumtəhsil məktəbinin Humanitar fənlər təmayüllü məktəb-liseylə birləşdirilməsi tədrisin daha səmərəli təşkili, idarəetmənin və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədlərinə xidmət edir.

Azərbaycanda qızılın qiyməti psixoloji həddi keçəcək – Müsahibə
Xəbər

Azərbaycanda qızılın qiyməti psixoloji həddi keçəcək – Müsahibə

Son günlər qızılın bahalaşdığı müşahidə edilir. Yalnız qızıl deyil, digər qiymətli metalların da dəyəri artıb. Hətta bu artımlar rekord həddə çatıb. Qızıl bazarında son vəziyyət və gözləntilərlə əlaqədar Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanovun müsahibəsini təqdim edirik.

İdman zallarında qəfil infarkt bu səbəblərlə bağlıdır
Xəbər

İdman zallarında qəfil infarkt bu səbəblərlə bağlıdır

“Son zamanlar idman zallarında qəfil ürək ölümü və infarkt hallarının artması ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Məsələnin kökündə bir neçə amil dayanır. Əvvəla, gizli ürək-damar xəstəlikləri bu halların əsas səbəblərindəndir”.

Nazir: Hər üç şagirddən biri minimal savadlılıq tələblərini ödəmir
Xəbər

Nazir: Hər üç şagirddən biri minimal savadlılıq tələblərini ödəmir

Azərbaycanda şagirdlərin təxminən üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır. "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib.

Azərbaycanda bu hərbçilərin yaş həddi artırılır
Xəbər

Azərbaycanda bu hərbçilərin yaş həddi artırılır

Milli Məclisin MMilli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib. İclasda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik müzakirə edilib.şiklik müzakirə edilib.