
Londonda səfirliyimizə hücum edənlər kimlərdir?
Xəbər verdiyimiz kimi, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. “Qafqazinfo”nun məlumatına görə, radikallar səfirlik binasına daxil olarkən dini şüarlar səsləndirib və əllərində müvafiq bayraqlar tutublar.










