PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1939 xəbər tapıldı

Azərbaycan Fransaya nota verdi
Xəbər

Azərbaycan Fransaya nota verdi

3 oktyabr 2022-ci il tarixində, Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib və görüş zamanı 1 oktyabr 2022-ci il tarixində Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən növbəti vandalizm aktı ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvlüyünə seçildi
Xəbər

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvlüyünə seçildi

Kifayət qədər rəqabətli şəraitdə keçirilmiş seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikası olduqca yüksək göstəricilərlə - 154 səslə BTİ Şurasının üzvlüyünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sahibə Həsənova isə 114 səslə BTİ-nin Radio Tənzimləmə Komitəsinin üzvlüyünə seçilib.

Apteklərdə yod qıtlığının səbəbi açıqlandı
Xəbər

Apteklərdə yod qıtlığının səbəbi açıqlandı

Ötən gün apteklərdə yodun tapılmaması ilə bağlı məqalə dərc etmişdik. Vətəndaşlar bir aya yaxındır ki, bu dərmanı əldə etməkdə çətinlik çəkdiklərini bildirirdilər. “Qafqazinfo” xəbər verir ki, Analitik Ekspertiza Mərkəzi dərman vasitələrinin niyə yoxa çıxmasına aydınlıq gətirib.

Azərbaycan daha çox pul xərcləyir, amma daha az buğda - ALIR
Xəbər

Azərbaycan daha çox pul xərcləyir, amma daha az buğda - ALIR

2021-ci ilin 8 ayı ərzində Azərbaycana 122 milyon 246 min dollar dəyərində 480 min 961 ton buğda idxal edilmişdi.  1 ton idxal buğdasının orta statistik dəyəri ötən ilin 8 ayı üzrə 254 dollar ikən, 2022-ci ilin 8 ayında 359 dollar təşkil edib (idxal buğdası 41,3% bahalaşıb).

Evlərin alqı-satqısı ilə bağlı qaydalar dəyişir: Hansı yeniliklər olacaq?
Xəbər

Evlərin alqı-satqısı ilə bağlı qaydalar dəyişir: Hansı yeniliklər olacaq?

Əvvəllər ev alıb-satan zaman verilən behə görə heç bir sənəd tələb olunmurdu. Bu isə bir çox hallarda pul verən tərəf üçün problemlərə səbəb ola bilirdi. Bunun kimi problemlərin qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik edilməsi nəzərdə tutulur. Bu dəyişiklik daha nələri ehtiva edir?

Zəngilan Hava Limanının açılacağı tarix məlum olub
Xəbər

Zəngilan Hava Limanının açılacağı tarix məlum olub

Zəngilan Hava Limanının nə zaman açılacağı məlum olub. Bu barədə APA-ya Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev açıqlama verib.O bildirib ki, hava limanının oktyabrın ortalarında açılacağı gözlənilir.

Gələn ildən pensiyalar nə qədər artacaq?
Xəbər

Gələn ildən pensiyalar nə qədər artacaq?

“Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən düzəlişləri müzakirə etdik. Yeni təkliflər iki mühüm istiqaməti əhatə edir: maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının gələn ilin yanvarın 1-dən indeksasiya olunmasıdır”.

Ölkə əhalisinin 2,3 milyon nəfərini gənclər təşkil edir
Xəbər

Ölkə əhalisinin 2,3 milyon nəfərini gənclər təşkil edir

Ölkə əhalisinin 2,3 milyon nəfərini və ya 22,1 faizini gənclər təşkil edir. APA xəbər verir ki, bu barədə "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib. Bildirilib ki, gənclərin 50,5 faizi şəhər yerlərində, 49,5 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 47,5 faizini qadınlar təşkil edir.

ABŞ Ukraynaya yeni 1 milyardlıq hərbi yardım ayıracaq
Xəbər

ABŞ Ukraynaya yeni 1 milyardlıq hərbi yardım ayıracaq

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın rəsmi mənbələrinə istinadən “Reuters” agentliyi yayıb.  Agentlik yazır ki, ABŞ Ukraynanın Rusiya nəzarətində olan ərazilərində keçirilən “referendum”ların nəticələrini gözləyir və öz qərarı barədə məlumatı yaxın zamanlarda elan edəcək.