
Bu ölkələr “Avroviziya-2023”dən imtina etdilər
Dörd ölkə “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Eurovisionworld.com” məlumat yayıb.
1939 xəbər tapıldı

Dörd ölkə “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Eurovisionworld.com” məlumat yayıb.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr ikiqat artırılır.

“Allianz” sığorta qrupunun analitikləri Ukraynada hərbi əməliyyatların yaratdığı qlobal böhran səbəbindən 2022-ci ilin sonuna qədər dünya əhalisinin rifahının real ifadədə 10 faiz aşağı düşəcəyini proqnozlaşdırıblar.

17 oktyabr 2022-ci il saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək. Oxu.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib. Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi portal vasitəsilə həyata keçirilir.

“Azərbaycan müəllimlərinin əksəriyyəti bu gün öz peşəsinə yararlıdır və artırılmış əməkhaqqı ilə peşələrini davam etdirəcəklər. Müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”. Bunu “Real” TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Məlum olduğu kimi, 1 yanvar 2023-cü ildən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Etiketləmə tələblərinə dair əlavə müddəlar yeni qanunda yer alıb. Bu barədə FED.az-a Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.

"Azərbaycanda binalara enerji sertifikatının veriləcəyini gözləyirik". FED.az xəbər verir ki, bunu Bakıda keçirilən və Azərbaycanda enerji səmərəliliyinə həsr olunmuş seminarda “EU4Energy” layihəsinin meneceri Bilyana Çobanova bildirib.

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə daha bir xəbərdarlıq yayıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycanın rayonlarında oktyabrın 13-ü şərq rayonlarından başlayaraq 16-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Oktyabrın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında dövlət tərəfindən onlara verilən evlərin əllərindən alındığını deyən məcburi köçkünlər etiraz aksiyası keçiriblər.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır". "Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. "Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.

Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra bu ölkə vətəndaşlarının Türkiyənin daşınmaz əmlak bazarına marağı daha da artıb. Ukraynaya hücumm başlayandan Türkiyənin turizm bölgələrinə daşınmaz əmlak almaq üçün axışan rusiyalıların sayı son 2 həftədə daha çox artıb.

Macarıstanın «EximBank»ı Qarabağda quruculuq işlərində iştirak edən macar şirkətləri üçün 120 milyon dollar kredit xətti açıb.