
“Bir aydan çoxdur dərs başlayıb, hələ də kitablar paylanmayıb”
Orta məktəblərin rus bölmələrində 7-ci siniflərə hələ də dərsliklər paylanmayıb. Oxşar problem Azərbaycan bölməsinin bəzi siniflərində də yaşanır. Məsələn, bu bölmədə elə məktəblər var ki, 5-ci siniflərə yeni dərsliklər ötən həftə paylanıb. Artıq bir neçə ildir ki, şagirdlər ildə iki dəfə - hər yarımilin əvvəlində bu problemi yaşayırlar.










