
Azərbaycan İsraildə səfirlik açır - Tarixi addım
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı deputat Kamal Cəfərov sosial şəbəkə hesabında məlumat yayıb. O qeyd edib ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb.










