PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1939 xəbər tapıldı

Bakıda temperatur iqlim normasından 3 dərəcə aşağı olub - FAKTİKİ HAVA
Xəbər

Bakıda temperatur iqlim normasından 3 dərəcə aşağı olub - FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, Qar örtüyünün hündürlüyü Altıağacda 11 sm, Daşkəsəndə 9 sm, Şəkidə 8 sm, Göygöldə 5 sm, Qax, Lerikdə 4 sm, Qubada 3 sm, Qusar, Qrız, Şamaxı, İsmayıllı, Şahdağ, Xaltanda 2 sm, Yardımlı, Qobustanda 1 sm olub.

Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya "yaşıl" enerji nəqli üzrə memorandum imzalayacaq
Xəbər

Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya "yaşıl" enerji nəqli üzrə memorandum imzalayacaq

Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Buxarestdə "yaşıl" enerji nəqli üzrə memorandum imzalayacaq. “Report”un Rumıniya mətbuatına istinadən verdiyi məlumata görə, Rumıniyanın xarici işlər naziri Boqdan Auresku azərbaycanlı həmkarı Ceyhun Bayramovla iki ölkəni birləşdirən və Macarıstana da uzanan yaşıl elektrik kabeli ilə bağlı son detalları müzakirə edib.

Naxçıvanda bir neçə qadağa aradan qaldırıldı - ÖZƏL
Xəbər

Naxçıvanda bir neçə qadağa aradan qaldırıldı - ÖZƏL

Naxçıvan Muxtar Respublikasında avtomobillərə pərdə və plyonka vurulması qadağası aradan qaldırılıb. Oxu.Az-ın məlumatına görə, tələbatın yüksək olması səbəbindən şüşələrin plyonkalanması 120-130 manat civarında həyata keçirilir.

Rusiyada yaşayış binasında partlayış: İnsanlar təxliyə edilirlər
Xəbər

Rusiyada yaşayış binasında partlayış: İnsanlar təxliyə edilirlər

Rusiyanın Yaroslavl şəhərinin Kuznetsova küçəsində yerləşən yaşayış binasında qaz partlayışı baş verib, nəticədə dam örtüyü uçub. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib. Hadisə nəticəsində zərərçəkənlər var. Sakinlər təxliyə edilir.

“Twitter” Avropada qadağan oluna bilər
Xəbər

“Twitter” Avropada qadağan oluna bilər

“Twitter” sosial şəbəkəsi Avropa İttifaqının (Aİ) kontentin moderasiyası qaydalarına əməl etməyəcəyi təqdirdə onun fəaliyyətinə qadağa qoyula bilər.

"Whatsapp" İOS-da yeni funksiyaya sahib olacaq
Xəbər

"Whatsapp" İOS-da yeni funksiyaya sahib olacaq

"WhatsApp"ın İOS-un beta versiyasında videozənglər üçün yeni funksiya yaradılıb. "Report" xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Qeyd olunur ki, yenilik "WhatsApp"ın bir sıra istifadəçiləri üçün əlçatan olacaq.

Koronavirusun daha bir fəsadı üzə çıxdı
Xəbər

Koronavirusun daha bir fəsadı üzə çıxdı

Amerikalı həkimlər COVID-19 infeksiyasının bəzi hallarda xəstə sağaldıqdan sonra belə ən azı üç ay ərzində qaraciyər toxumalarına zərər verməsinə dair ilkin sübutlar aşkar ediblər.

Azərbaycana turistlər əsasən bu ölkələrdən - GƏLİB
Xəbər

Azərbaycana turistlər əsasən bu ölkələrdən - GƏLİB

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 176 ölkəsindən 1 milyon 323,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.