
Azərbaycan nefti bir gündə - 5 DOLLAR UCUZLAŞDI – SON QİYMƏT
Azərbaycan nefti kəskin ucuzlaşıb. FED.az xəbər verir ki, dekabrın 6-da keçirilən hərraclarda «Azeri light» markalı neftin qiyməti 5 dollar azalaraq 87 dollardan 82 dollara enib.
1939 xəbər tapıldı

Azərbaycan nefti kəskin ucuzlaşıb. FED.az xəbər verir ki, dekabrın 6-da keçirilən hərraclarda «Azeri light» markalı neftin qiyməti 5 dollar azalaraq 87 dollardan 82 dollara enib.

Danimarkanın Saxo Bankı özünün növbəti il üçün ənənəvi «şok proqnozlarını» açıqlayıb. FED.az xəbər verir ki, 2023-cü ilə olan proqnozlardan bəri də Fransa prezidenti Emmanuel Makronun tezliklə istefa verəcəyi barədədir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-də xidmət tariflərinin qiymətində müşahidə olunan artımların antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparılıb.

"Yaxın Şərq və Mərkəzi Asiyadan olan turistləri cəlb etməyi prioritet seçmişik". APA xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycan Hotel Assosiasiyasının V Baş Assambleyasında deyib.

Azərbaycandan xarici ölkəyə qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olanlar 5 ilədək həbs ediləcək.

Böyük Britaniyanın Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Təşkilatı (MHRA) “Pfizer-BioNtech” əczaçılıq şirkəti tərəfindən istehsal olunan Covid-19 peyvəndinin körpələr və 6 aydan 4 yaşa qədər olan uşaqlar üçün istifadəsinə icazə verib.

Vətəndaşlar pul vəsaitlərini etibarlı yerdə saxlamağa və yığımlarını inflyasiyadan qorumağa çalışırlar. Əmanətlərindən faizlə gəlir götürmək istəyənlər, adətən, banklara üz tutur və ya pullarını milli və xarici valyutada saxlamağa üstünlük verirlər. Ölkədə geniş istifadə edilməsə də, yığımların saxlanma vasitələrindən biri də pulu qızıla çevirməkdir.

Çərşənbə axşamı hərracların əvvəlində rublun dollar, avro və yuana nisbətdə ucuzlaşması sürətlənib.

“Fitch Ratings” 2023-cü il üçün qlobal ÜDM artımı proqnozunu 1,7%-dən 1,4%-ə qədər aşağı salıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

2018-2019-cu illərdə minimum əmək haqqını 130 manatdan 200 manata çatdırdıq. Bu paket bizə 4 milyard manata başa gəldi. Bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Stokholm Beynəlxalq Dünya Problemlərinin Tədqiqi İnstitutunun (SIPRI) bazar ertəsi dərc etdiyi hesabata görə, əvvəlki illə müqayisədə, 2021-ci ildə ilk 100-lüyə daxil olan silah şirkətlərinin satışının həcmi 1,9% artaraq 592 milyard dollar təşkil edib.